Logo
    main-post-cover

    Meta fərdi süni zəka çiplərini test etməyə başlayıb

    Elm & Texnologiya
    11.03.2025
    Emil
         Meta Platforms, süni zəka sistemlərini sürətləndirmək üçün öz istehsalı olan MTIA çip ailəsi haqqında ilk dəfə 2 il əvvəl məlumat paylaşmışdı. Reuters-in məlumatına görə, artıq bu çiplərlə süni zəka sistemlərinin təlimatlandırılması prosesi başlayıb. Hal-hazırda, bu təlimatlandırma prosesi məhdud sayda MTIA çipləri ilə həyata keçirilir. Lakin uğurlu nəticələr əldə olunarsa, Meta bu çipləri kütləvi istehsala keçirməyi planlaşdırır. Bu keçid Meta üçün hansı üstünlüklər yarada bilər? Öz çiplərinə keçid şirkətin hesablama infrastrukturuna çəkilən xərclərini azaltmağa kömək edəcək. Cari ildə Meta-nın ümumi xərcləri 114-119 milyard dollar arasında dəyişəcək.
         Bunun 65 milyard dolları infrastrukturun inkişafına yönəldiləcək. Meta-nın öz çipləri süni zəka sistemlərinin hesablamaları zamanı enerji istehlakını azaltmağa kömək edə bilər. Bu sahədə ixtisaslaşdırılmış həllər universal GPU-larla müqayisədə daha səmərəli ola bilər. Meta üçün çipləri Tayvanın TSMC şirkəti istehsal edəcək. Mənbələrin məlumatına görə, istehsala hazırlıq və ilk test partiyasının buraxılması Meta-ya 100 milyonlarla dollara başa gələ bilər. Əgər ilk partiya gözləntiləri doğrultmasa, yeni inkişaf mərhələsi yenidən böyük xərclər və bir neçə aylıq gecikmə tələb edəcək. Şayiələrə görə, Meta daha əvvəl “məntiq yürüdən süni zəka” üçün nəzərdə tutulmuş bir çipin buraxılışını ləğv edib.
         Bunun əvəzinə, NVIDIA-dan böyük həcmdə süni zəka sürətləndiriciləri almağa qərar verib. Bu gün Meta Platforms hələ də NVIDIA çiplərinin ən böyük alıcılarından biridir. Şirkət hələlik NVIDIA sürətləndiricilərindən tamamilə imtina etməyi planlaşdırmır. Keçən il Meta, öz sosial şəbəkələrində istifadə edilən "məntiq yürüdən süni zəka" üçün öz çiplərini sınaqdan keçirməyə başlayıb. Ötən həftə Meta rəsmiləri bildiriblər ki, şirkət 2026-cı ildən etibarən böyük dil modellərinin təlimatlandırılması üçün öz çiplərindən istifadə edəcək. İlk mərhələdə bu çiplər tövsiyə alqoritmləri ilə birlikdə işləyəcək. Daha sonra isə generativ süni zəka sistemlərinə uyğunlaşdırılacaq. Meta rəhbərliyi süni zəka çiplərinin inkişafını qeyri-sabit proses kimi qiymətləndirir. Bununla belə, şirkətin "məntiq yürüdən süni zəka" üçün hazırladığı ilk nəsil çiplər uğurlu hesab edilir.
    Mənbə: Reuters
    Paylaş
    Bənzər xəbərlər
    avropa-birliyi-apple-ile-meta-ni-cerimelemeye-hazirlasir
    Tech-Biznes

    Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır

    Avropa Komissiyası yaxın zamanda Apple və Meta Platforms-a cərimə təyin edəcək. Bu, şirkətlərin Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununu (DMA) pozması ilə bağlıdır. 2023-cü ildə Avropa Komissiyası Apple, Meta və Google-a qarşı potensial DMA pozuntuları ilə bağlı araşdırma başlatmışdı.
    meta-sirketi-aria-gen-2-adli-yeni-agilli-eyneyini-teqdim-edib
    Cihazlar+

    Meta şirkəti Aria Gen 2 adlı yeni ağıllı eynəyini təqdim edib

    Meta şirkəti Aria Gen 2 adlı yeni nəsil təcrübi ağıllı eynəyini təqdim edib. Bu eynəklər süni zəka, robot texnologiyaları və machine vision sahəsində çalışan tədqiqatçılara yönəlib.
    meta-ai-ayrica-cat-bot-tetbiqi-seklinde-istifadeye-verilecek
    Proqram Təminatı

    Meta AI ayrıca çat-bot tətbiqi şəklində istifadəyə veriləcək

    Meta tezliklə süni zəka əsasında çalışan çat-botu üçün ayrıca bir tətbiqi istifadəyə verməyi planlaşdırır. Mənbələrin bildirdiyinə görə, bu yeni tətbiqin təqdimatı bu ilin ikinci rübündə baş tutacaq.
    meta-suni-zekaya-istiqametlenmis-200-milyard-dollar-deyerinde-data-merkez-insa-etmeyi-nezerden-kecirir
    Elm & Texnologiya

    Meta süni zəkaya istiqamətlənmiş 200 milyard dollar dəyərində data mərkəz inşa etməyi nəzərdən keçirir

    Meta, süni zəka sahəsində layihələrin hazırlanacağı bir kampusun məlumat emalı mərkəzinin (Data Center) yanında tikintisini müzakirə edir.
    meta-iscileri-suni-zeka-sebebile-bonuslardan-mehrum-olublar
    Tech-Biznes

    Meta işçiləri süni zəka səbəbilə bonuslardan məhrum olublar

    Meta, əməkdaşları üçün səhmlər şəklində verilən mükafat ödənişlərini azaldıb. Bu qeyri-məşhur addım şirkətin süni zəka sahəsinə rekord xərclərinin artdığı bir dövrə təsadüf edib - bu il bu xərclərin 10 milyardlarla dollar olacağı gözlənilir.