Microsoft ucuz qiymətə bulud kompüterlərin satışlarını planlaşdırır

Microsoft ucuz qiymətə bulud kompüterlərin satışlarını planlaşdırır

Texnologiya
03.11.2022 PAYLAŞIM

    Görünür, Microsoft şirkəti kompüter satışlarının aşağı düşdüyü və professional şəxslərin öz fəaliyyətlərini bulud sistemlərə keçirtdikləri bir vaxtda Windows-dan olan gəlirləri qoruyub saxlamağın üsulunu tapıb. Belə ki, şirkət baha qiymətə satılmayan bulud kompüterlərini satışa çıxarda bilər. Onlar isə öz növbələrində abunəlik və reklam hesabına şirkətə gəlir gətirəcəklər. Microsoft-un bu cür yeni strategiyasının işə düşəcəyinə şirkət daxilində ortaya çıxmış vakansiyalar işarə edirlər. Sentyabr ayında Microsoft şirkəti Windows Incubation adlı yeni yaradılmış şöbəyə mühəndislər ilə digər mütəxəssislərin axtarışında idi. Sözügedən şöbənin əsas məqsədi bulud sistemlər və texnologiyalar sahəsində Windows-un yeni istiqamətini yaratmaqdır.

    Nəticə etibarilə şirkətin əsas məqsədi Windows-u bulud sistemləri ilə texnologiyalarının və Microsoft 365-in üstünlüklərinin olduğu mühitə köçürtməkdir. Bu cür strategiyanın reallaşdırılması üçün nəzərdə tutulmuş mümkün modellərdən biri də aylıq abunəlik haqqı sistemi üzərindən yayılacaq bulud kompüterlərin satışa çıxarılmasıdır. Bu halda şirkət xərclərinin bir hissəsi həmçinin reklamlar hesabına təmin olunacaq. Növbəti 3-5 il ərzində şirkət öz məhsulları daxilində reklam elanlarını sərgiləməyi planlaşdırır. Windows 11 daxilində artıq reklam platformaları mövcuddur. Belə ki, bu ilin mart ayında şirkət əməliyyat sisteminin File Explorer bölməsində təcrübə qismində reklam elanları sərgiləmişdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei yeni smart televizorunu təqdim edib - QİYMƏTİ

Huawei şirkəti Smart Screen seriyasına daxil olan yeni böyük ölçülü televizorunu təqdim edib...


Apple Watch Ultra-nın ekran şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)..

Müxtəlif cihazların dözümlüklərini test edərək məşhurlaşan JerryRigEverythng adlı Youtube kanal bu d..


Xiaomi il ərzində 10 milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır..

Xiaomi-nin CEO-su Lei Jun şirkətin avtomobil biznesinə böyük ümidlər bağlayır.


Samsung smartfonlar üçün yeni kamera sensoru brendi üzərində çalışır

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmu..


Xiaomi isitmə sisteminə sahib şərfi satışa çıxardıb - QİYMƏTİ

Xiaomi şirkəti Youpin adlı crowdfunding platformasında soyuq qış günlərində aktual olacaq yeni məhsu..


MediaTek Dimensity 8200 adlı yeni prosessorun təqdimat tarixi məlum olub

MediaTek şirkəti öz yeni prosessorunun təqdimat tarixini elan edib. Söhbət, MediaTek Dimensity 8200 ..

×