Microsoft-un 2 il bundan öncə start verdiyi sualtı server təcrübəsinin ilk nəticələri açıqlanıb (VİDEO)

Microsoft-un 2 il bundan öncə start verdiyi sualtı server təcrübəsinin ilk nəticələri açıqlanıb (VİDEO)

Texnologiya
21.09.2020 PAYLAŞIM

    Müasir serverlərin əsas problemlərindən biri də onların daimi olaraq soyudulmaya ehtiyac duymalarıdır. Serverlər üçün yaxşı şəraitin təmin olunması üçün şirkətlər hər il külli miqdarda vəsaitlər xərcləyirlər. Microsoft şirkətinin fikrincə isə data mərkəzlərinin suyun altında yerləşdirilməsi bu problemin həlli ola bilər. Şirkət artıq bu ideyanı yoxlayıb və keçirilmiş testin nəticələrini açıqlayıb. Bu barədə The Verge saytı xəbər verib. Məlumatların emal mərkəzi professional xidməti tələb edir. Bura temperaturun idarə olunması və oksigen ilə nəmişliyin yaratdıqları korroziya ilə mübarizə də daxildir.

    Suyun altına serverin yerləşdirilməsi cəhdi hələ 2015-ci ildə reallaşdırılmışdı. Lakin həmin təcrübə bir neçə ay çəkmişdi. 2018-ci ildə isə Microsoft Project Natick layihəsinin komandası 35 metr dərinliyə ümumi həcmi 27.6 PB (petabayt) olan 864 ədəd serveri yerləşdirmişdi. Serverlər Şotlandiya dənizində 2 il müddətinə qaldılar. Bu ayın əvvəlində isə serverlərin yerləşdikləri xüsusi sualtı konteyner dənizdən çıxarıldı. Mütəxəssislər onun vəziyyətini qiymətləndirərək aparılmış təcrübənin nəticələrini açıqlayıblar.


    Məlumatda qeyd edilib ki, serverlərin yerləşdirilməsinin bu cür üsulu serverlərin daimi uyğun temperaturlarının təmin olunması üzrə sərfəli olması ilə yanaşı çalışma prosesi zamanı daha az nasazlıqlara sahibdir. Microsoft bildirib ki, serverlərin adi şəraitdə yerləşmələrindən fərqli olaraq bu cür üsulda nasazlıqlar 8 dəfə daha az baş verirlər. Məlumatların emalı mərkəzlərinin irimiqyaslı şəkildə suyun altında yerləşdirilməsindən öncə Microsoft komandası bir çox problemləri həll etməlidir. Məsələn, şirkət mütəxəssisləri öyrənməlidirlər ki, bu cür serverlərin çalışma müddətləri bitdikdən sonra onları emal etmək olar yoxsa yox.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×