Logo
    main-post-cover

    Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib

    Elm & Texnologiya
    29.05.2024
    Emil
         Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı. Daha sonrakı 20 il ərzində insanlar mikroplastik hissəciklərin bütün planetdə necə yüksək sürətlə yayıldıqlarının şahidi oldular. Nəticədə mikroplastik hissəciklərə planetin istənilən nöqtəsində rast gəlinirdi. Bu yetməmiş kimi bu cür hissəciklərə hətta insanların və heyvanların orqanizmlərində də rast gəlindi. Alimlər aparmış olduqları yeni tədqiqat çərçivəsində daha da irəli gedərək mikroplastik hissəciklərin aşkar edildikləri yerlərin siyahısını tərtib ediblər.
         Təqdim edilmiş siyahı heç şübhəsiz tam deyil. Lakin o, məsələnin necə ciddi olduğunu yaxşı sərgiləyir. Alimlər hələ də mikroplastikin ekosistemə, insan və heyvan orqanizmlərinə necə təsir göstərdiyini tam bilmirlər. Bəzi araşdırmalara əsasən mikroplastik siçanların davranışlarında dəyişikliklərə və insan ürəyində problemlərə səbəb ola bilər. Bundan əlavə olaraq mikroplastikin insanlarda sonsuzluğa səbəb ola biləcəyi də istisna edilmir. Alimlərin fikirlərinə əsasən planetin mikroplastikdən təmizlənməsi cəhdi boş zaman itkisidir. Belə ki, insanlar eyni yüksək templə plastik materialları istehsal etməyə davam edirlər. Beləliklə vəziyyətin necə ciddi olduğunu anlamaq üçün alimlər mikroplastikin aşkar edildiyi yerlərin siyahısını tərtib ediblər. Bu siyahı aşağıdakı kimidir.
    - İnsan xayaları
    - İt xayaları
    - Antarktida
    - İnsan qanı
    - Pivə
    - Okeanın dibi
    - Arktik buzlaqlar
    - Buludlar
    - Everestin zirvəsi
    - Marian çökəkliyi
    - Xörək duzu
    - Ana südü
    - Şəkər
    - Alma
    - Plastik butulkalardakı su
    - İnsan nəcisi
    - Torpaq
    - Dəniz pişikləri
    - Balinalar
    - Tısbağalar
    - Arılar
    - Qara ayılar
    - Marallar
    - Susamuru
    - Qızılbalıq
    - İnsan ürəyi
    - İnsan böyrəkləri
    - İnsan qaraciyəri
    - İnsan beyni
    - İnsan ağciyərləri
    - İnsan bağırsağı
    - Sakit okeanın yaşayış olmayan adaları
    - Bitkilərin yarpaqlarındakı su və s.
    Paylaş