main-post-cover

    Mütəxəssislər məşhur rəsm əsərini 10 GP (giqapiksel) keyfiyyətində rəqəmsallaşdırıblar (VİDEO)

    Elm & Texnologiya
    25.01.2021
    Farid Pardashunas
        “Mirvari sırğalı qız” tablosu ən məşhur sənət əsərlərindən biridir. Bu tablo sənətşünasların və adi insanların maraqlarına səbəb olur. İndi isə hamı bu tablonu rahatlıqla incələyə bilər. Belə ki, mütəxəssislər sözügedən tablonu 10 GP (giqapikel) keyfiyyətli foto formatında rəqəmsallaşdırıblar. Bu barədə 4pda saytı xəbər verib. “Mirvari sırğalı qız” tablosu çox zaman Hollandiyanın Mona Lizası adlandırılır. Bu tablo rəssam Yan Vermeer tərəfindən təqribən 1655-ci ildə çəkilib. Həmin vaxtdan bugünə kimi tablonun səthində çoxlu sayda çatlar yaranıb.
        Mütəxəssislər Hirox 3D adlı mikroskopdan istifadə edərək tablonun 4 mikron ölçüyə kimi yüksək detallı 9100 ədəd fotosunu çəkiblər. Nəticədə tablonun rəqəmsallaşdırılmış fotosunun ümumi görüntü keyfiyyəti 10 GP təşkil edib. Bu isə öz növbəsində tablonun üzərindəki hər bir rəng damcısını və çatları incələməyə imkan verir. Bu cür yüksək detallı foto tablonun bərpa olunmasında çox köməklik edəcək. Belə ki, sözgüedən foto əvvəlki səhvləri nəzərə almağa və tablonun çəkiliş tərzi ilə kiçik detallarına zərər verməməyə şərait yaradacaq.
        Hirox 3D mikroskopu avtomatik rejimdə çalışıb və əldə edilmiş bütün kadrları vahid kətan üzərində birləşdirib. Tablonun bəzi hissələri 3D rejimdə daha yüksək detalizasiya ilə rəqəmsallaşdırılıb. Həmin hissələr üçün isə hər bir piksel 1.1 mikrona bərabər olub. Nəticədə mütəxəssislər xüsusi sayt yaradıblar və istifadəçilər həmin  saytda tabloya adi rejimdə və 3D rejimdə baxa bilərlər. Detallı baxış zamanı çatlar və işıq keçidlərindən əlavə rənglərin qalınlığını görmək olar. Adi baxış zamanı bu cür detalları seyr etmək qeyri mümkündür. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər