Logo
    main-post-cover

    Müxtəlif qitələrdə bir-birilə uyğunlaşan dinozavr ayaq izləri tapılıb!

    Elm & Texnologiya
    28.08.2024
    Aslan

          Araşdırmalar zamanı Afrika və Cənubi Amerika qitələrində tapılan 260-dan çox dinozavr ayaq izinin bir-birindən təxminən 6 min kilometr uzaqlıqda olmasına baxmayaraq, bir-birinə uyğun gəldiyi ifadə edilib.

         Tədqiqatçılar, bir-birilə uyğunlaşan ayaq izlərilə yanaşı Braziliyanın Borborema bölgəsində Kamerunun şimalında oxşar hövzələrin, çayların və göl birləşmələrinin dəlillərini tapıblar. Tədqiqat aparan tədqiqatçılar, tapılan ayaq izlərinin əksəriyyətinin üçbarmaqlı teropod dinozavrlarına, bəzilərinin isə dördayaqlı sauropodlara və quş ombalı ornitiskilərə aid olduğunu bildiriblər.
         Araşdırmanın aparıcı tədqiqatçısı Louis Jacobs qeyd edib ki, ayaq izləri yaş, forma və geoloji vəziyyət baxımından bir-birinə çox bənzəyir. Ayaq izlərinin qədim göl və çayların dibindəki allüvium və palçıq təbəqələrində fosilləşdiyini ifadə edən Jacobs, dinozavrların bu gün Cənubi Amerika və Afrika kimi tanınan 2 qitə arasındakı bu geoloji bölgədən 2 qitə arasındakı keçid xətti olaraq istifadə etdiklərini ifadə edib. Dinozavr qalıqlarının və ayaq izlərinin milyonlarla il əvvəl planetdə dolaşan növlər haqqında bənzərsiz məlumatlar verdiyini ifadə edən Jacobs, qalıqların dinozavrların yaşayış yerləri və qidalanma vərdişləri kimi detallara işıq tutduğunu vurğulayıb.
         Jacobs açıqlamasında "Ayaq izləri dinozavrların davranışlarını, necə yeridiklərini və ya qaçdıqlarını, kiminlə və hansı mühitdə getdiklərini, hansı istiqamətə getdiklərini və bunu edərkən harada olduqlarının sübutudur" sözlərini ifadə edib. O dövrdə yağıntı səviyyələrinin sıx bitki örtüyü olan tropik yağış meşəsi tipli ərazilərin yaranmasına kömək etdiyini bildirən Jacobs, heyvanların hövzələrə həm müasir Afrikadan, həm də Cənubi Amerikadan gəldiyini və populyasiyalarının qarışıq olduğunu ifadə edib. Jacobs əlavə olaraq bildirib ki, superqitə Pangea-nın ayrılması nəticəsində qitələrin bir-birindən uzaqlaşması, təkamülün əsas hərəkətverici qüvvəsi olan genetik davamlılığın pozulmasına səbəb olub.
    Paylaş
    Bənzər xəbərlər
    bu-fikir-sayesinde-gelecekdeki-nuve-reaktorlari-yerin-altinda-qurula-biler
    Elm & Texnologiya

    Bu fikir sayəsində gələcəkdəki nüvə reaktorları yerin altında qurula bilər!

    Nüvə reaktorlarını necə təhlükəsiz və ucuz şəkildə etmək olar? Deep Fission adlı startapın fikrincə, reaktorların yeraltında basdırılması həm qənaətcil, həm də təhlükəsiz bir həll təklif edir.
    fizikler-bir-vaxtlar-mumkunsuz-hesab-edilen-temperaturda-superkeciricilik-davranisi-kesf-edibler
    Elm & Texnologiya

    Fiziklər, bir vaxtlar "mümkünsüz" hesab edilən temperaturda superkeçiricilik davranışı kəşf ediblər!

    Alimlər, əvvəllər düşünüldüyündən daha yüksək temperaturda baş verən superkeçiricilik üçün kritik bir proses kəşf ediblər. Bu kəşf, otaq temperaturunda superkeçiricilərə səbəb ola bilər.
    tibb-senayesinde-inqilab-sac-teli-qalinliginda-super-nazik-batareyalar-hazirlandi
    Elm & Texnologiya

    Tibb sənayesində inqilab: Saç teli qalınlığında super nazik batareyalar hazırlandı!

    MIT tədqiqatçıları, hüceyrə ölçülü robotları gücləndirə biləcək kiçik bir batareya hazırlayıblar. Yeni sink-hava batareyası, yalnız bir saç teli qalınlığındadır və tibbdə inqilab edə bilər.
    gelecekde-sud-yolu-ve-andromeda-qalaktikalari-toqqusacaqmi
    Elm & Texnologiya

    Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?

    Astronomlar, çoxdan düşünürdülər ki, bizim öz qalaktikamız olan Süd Yolu, bir neçə milyard ildən sonra qonşu Andromeda qalaktikası ilə toqquşacaq. Yeni araşdırma isə bu fikirlə razılaşmır.
    alimler-tullantilar-ucun-ozunu-mehv-eden-bilen-canli-plastik-adli-bioloji-hell-yolu-tapiblar
    Elm & Texnologiya

    Alimlər, tullantılar üçün özünü məhv edə bilən canlı plastik adlı bioloji həll yolu tapıblar!

    Alimlər, plastik çirklənməyə qarşı yeni həll yolu hazırlayıblar. Canlı plastik adlanan bu maddə, ətraf mühitə zərər vermədən özü-özünü məhv edə bilir.