Logo
    NASA Ohalo III bitki yetişdirmə qurğusunu kosmik stansiyaya göndərəcək

    NASA Ohalo III bitki yetişdirmə qurğusunu kosmik stansiyaya göndərəcək

        “NASA” növbəti yük uçuşu ilə Beynəlxalq Kosmik Stansiyaya “Ohalo III” adlı bitki yetişdirmə qurğusu göndərəcək. Stansiyada illərdir bitki yetişdirilir, amma bu dəfə daha iri qurğunun sınaq nümunəsi yoxlanacaq. “NASA” bu sistemi kosmosda məhsul yetişdirmək üçün öz növündə ilk qurğu (first-of-its-kind space crop production system) adlandırır. Qurğu 2019-cu ildən Kennedi Kosmik Mərkəzində hazırlanır.
        “NASA” uzun səfərlərdə astronavtların özləri ilə apardıqları ərzaqdan daha az asılı olması üçün kosmosda məhsul yetişdirməyin yollarını araşdırır. Aylarla, hətta illərlə davam edən səfərlərdə gəmidə ərzaq üçün yer az olur, ehtiyatı artırmaq da çətinləşir. Sınaqdan toplanan məlumatlar Ay bazalarında və Mars missiyalarında təhlükəsiz və qidalı məhsul yetişdirmək üçün etibarlı üsulların seçilməsinə kömək edəcək.
        Alimlər və astronavtlar stansiyada “Ohalo III” qurğusunun bitkilərə suyu necə çatdırdığını və ayrılan yerdən nə qədər səmərəli istifadə etdiyini yoxlayacaqlar. Qurğuda müxtəlif bitkiləri eyni vaxtda yetişdirmək olur. Nəticələr Yer üzündə də qapalı məkanlarda, o cümlədən bitkilərin üst-üstə düzülmüş mərtəbələrdə yetişdirildiyi şaquli fermalarda işə yaraya bilər.
        “Ohalo III” stansiyaya “Northrop Grumman” şirkətinin 25-ci yük uçuşu ilə aparılacaq. Buraxılış Azərbaycan vaxtı ilə 29 noyabr saat 19:47-yə planlaşdırılıb. Uçuşun başlanğıcını “NASA”nın rəsmi saytında canlı izləmək olar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...