Nintendo-nun yeni oyun konsolu barəsində növbəti məlumatlar verilib

Nintendo-nun yeni oyun konsolu barəsində növbəti məlumatlar verilib

Texnologiya
11.09.2023 PAYLAŞIM

    Keçən həftə məlumat verilmişdi ki, Nintendo şirkəti öz yeni portativ oyun konsolunu Gamescom 2023 sərgisi çərçivəsində bağlı qapılar arxasında məhdud sayda insana sərgiləyib. İndi isə insayderlər şirkətin yeni portativ oyun konsolunun texniki göstəriciləri barəsində bəzi məlumatları təqdim ediblər. Verilmiş məlumata əsasən yeni oyun konsolu 12 GB RAM-a sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Playstation 5Xbox Series X konsolları 16 GB RAM ilə təchiz olunurlar.

    Üstəlik insayderlər bildiriblər ki, Gamescom 2023 sərgisi çərçivəsində yeni oyun konsolunda Epic Games şirkətinin “The Matrix Awakens” adlı texniki demosunun sərgilənməsi zamanı Nintendo NVIDIA-nın DLSS 3.5 deyil, DLSS 3.1 texnologiyasından istifadə edib. Üstəlik məlumatda qeyd edilib ki, Nintendo-nun yeni oyun konsolu ray tracing texnologiyasının dəstəyinə sahib olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən Nintendo Switch 2 (ad şərtidir) 8 düym ölçülü ekran və 512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Təqdim edilmiş bu məlumatların doğru olub-olmadığı bilinmir. Lakin əgər onlar həqiqəti əks etdirirlərsə, deməli yaxın zamanda Steam Deck ASUS ROG Ally konsollarının güclü rəqibi satışa çıxa bilər. Qeyd etmək lazımdır ki, Nintendo-nun öz yeni oyun konsolunu gələn il təqdim edəcəyi gözlənilir.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×