Nvidia-dan yeni süni zəka texnologiyası: 2D şəkillər 3D halına millisaniyələrdə çevriləcək
Elm & Texnologiya
11.12.2019
Nijat Hamid
Nvidia şirkəti yeni texnologiyalar təqdim etməyə davam edir. Belə ki, bu səfər şirkət yeni bir süni zəka texnologiyasını təqdim etdi. Bu yeni texnologiya vasitəsilə 2D şəkillər millisaniyələr ərzində 3D modellərə çevrilə biləcək. Nvidia rəsmiləri deyir ki, bu texnologiya robotika və oyun sahəsində ciddi dəyişikliklər edə bilər.
DIB-R adlı yeni süni zəka texnologiyası 2D şəkilləri ətraflı analiz edib 3D modellər halına asanlıqla çevirə bilir.
Nvidia rəsmiləri deyir ki, yeni Süni Zəka texnologiyasının işləmə prinsipi insan gözü ilə eynidir. Yəni gözlərimiz kimi 2D şəkillər ətraflıca analiz edilir və 3D modellər halına çevrilir. Şirkət rəsmilərinin əsas iddiası bu texnologiyanın daha da təkmilləşməsi ilə birliktə dizaynerlərin qələmlər ilə çəkdikləri rəsmin millisaniyələr ərzində 3D modellərə çevriləcək olmasıdır. Həmçinin bu texnologiyanın robotlara da inteqrasiya edilməsi planlanır. Bu zaman robotlar ətraf mühiti daha yaxşı görüb anlaya biləcək, lakin bunun üçün uzun müddət lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)