
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
Elm & Texnologiya
07.08.2024
Emil
Ortaya çıxmış məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 3060 videokartı üçün son istehsalat sifarişlərini qəbul edib. Əgər bu məlumat həqiqətdirsə, deməli bir neçə aydan sonra RTX 3060 videokartının istehsalı tamamilə dayandırıla bilər. Qeyd etmək lazımdır ki, RTX 3060 videokartı Steam platformasının reytinqində yuxarı yerləri tutur. Sözügedən videokartın istehsalının dayandırılması onun ani olaraq satışdan çıxarılması demək deyil.
Belə ki, mağazalar hətta istehsalın dayandırılmasından sonrakı bir neçə müddət ərzində belə anbarlardakı RTX 3060 ehtiyatlarını satmağa davam edəcəklər. Beləliklə bu videokart tədricən RTX 4060 və RTX 5060 videokartları ilə əvəz ediləcək. Bundan əlavə olaraq NVIDIA çox güman ki, RTX 3060 videokartının drayver dəstəyini də müəyyən müddət ərzində davam etdirəcək. Qeyd etmək lazımdır ki, ABŞ-da 12 GB-lıq VRAM-a sahib RTX 3060-ın ortalama qiyməti 285$ təşkil edir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
