
OnePlus Watch 2 smart saatı təqdimata hazırlaşır
Elm & Texnologiya
02.11.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti yeni smart saatını təqdim etməyə hazırlaşır. Görünür, şirkətin yeni smart saatının təqdimatı artıq çox yaxındır. Söhbət, OnePlus Watch 2-dən gedir. Sözügedən yeni smart saat Hindistanın BIS adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında smart saatın texniki göstəriciləri barəsində heç bir məlumat əks olunmayıb. Sadəcə olaraq güman etmək olar ki, OnePlus Watch 2 smart saatı dairəvi formalı ekran ilə təchiz olunacaq və istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçə biləcək. Smart saatın OnePlus 12 flaqman smartfonu ilə birgə təqdim ediləcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
