Orta qiymət və flaqman özəlliklərə sahib Nokia 7 təqdim edildi

19.10.2017 0 PAYLAŞIM 1213 OXUNMA

“HMD Global” şirkəti Çində Nokia 7 adlı yeni smartfonun təqdimatını keçirtdi.

Sözügedən yeni model, Nokia 6 ilə Nokia 8-in arasındakı yeri tutur. Bununla yanaşı smartfon Nokia 8-in bir funksiyasını da özündə birləşdirir. Söhbət, ön və arxa kamera vasitəsilə eyni anda foto çəkməkdən gedir. Bundan əlavə olaraq Nokia 7, seriyanın ilk smartfonudur ki, barmaq izi skanına sahibdir. Digər modellərdən fərqli olaraq yeni smartfon şüşəli arxa qapaq ilə təchiz olunub. Texniki östəricilərinə gəldikdə isə o, 5.2 inç Full HD LCD ekran, 8 nüvəli Snapdaron 630 prosessoru, 4/6 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


Smartfon, “Zeiss” istehsalı və f/1.8 diafraqmalı 16 MP-lik arxa kameraya və geniş bucaqlı 5 MP-lik ön kameraya sahibdir. Nokia 7 Andorid Nougat əməliyyat sistemi ilə çalışacaq, lakin yaxın zamanda Oreo evrsiyaya kimi yenilənəcək. Bununla yanaşı smartfonda həmçinin 3.5 mm-lik audiogiriş də var. Nokia 7 24 Oktyabr tarixində Çində satışa çıxacaq. 4 GB RAM-lıq versiya 377$, 6 GB RAM-lıq versiya isə 407$ qiymətinə satışa çıxacaq. Smartfonun digər regionlarda satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur.