main-post-cover

    Owbike - yerli sayt yaratma sistemi müsabiqə elan edir

    Elm & Texnologiya
    22.09.2018
    Farid Pardashunas
        Yerli sayt yaratma sistemi olan Owbike bu yaxınlarda tam təkmilləşmiş versiyanı istifadəçilərinə təqdim etdi. Şirkət eyni zamanda istifadəçilərin marağını cəlb etmək üçün yeni müsabiqə elan edir. Müsabiqədə istənilən şəxs, fərdi sahibkarlar və ya sadəcə maraqlarını əks etdirən gənclər əyləncə saytı, korporativ informasiya və ya sadəcə bloq yarada bilərlər. Qalib şəxs random.org saytı vasitəsi ilə təsadüfi seçiləcək və platformada yaratdığı saytının balansına 100 AZN əlavə olunacaq. Bu məbləğ ilə qalib, platformadan 5 ay ödənişsiz istifadə haqqı qazanacaq.
    Müsabiqənin şərtləri :
    1. Sayt yarat.
    Platformanın “Silver” tarifinə qoşulduqda 24 saat sınaq mərhələsindən yararlanaraq ödəniş etmədən sayt yaratmaq mümkündür. Bu müddət ərzində saytınızı yaradırsınız. Saytın kontenti və dizaynı ilə bağlı xüsusi tələb yoxdur. İdeyalarınızı işə salıb, saytınızı istədiyiniz kimi yaradın.
    Bunun üçün:
    a) İlk olaraq, owbike.com ünvanına daxil olub qeydiyyatdan keçirsiniz. Qeydiyyat zamanı saytınızın müvəqqəti ünvanını və e-mail ünvanınızı qeyd etmək kifayətdir.
    b) Bu kiçik qeydiyyatı yekunlaşdırmaq üçün “e-mail” ünvanınıza gələn məktubla ünvanınızı təsdiq edin. Daha sonra boş sayt və admin panel əldə etmiş olursunuz.
    c) Panelə daxil olduqdan sonra “Ödəniş” bəndindən “tarif” pəncərəsini açın və “silver” tarifini seçin. 24 saat ərzində platformadan tamamilə pulsuz yararlanmaq mümkündür.
    Artıq kreativliyinizi işə salıb saytınızı hazırlamağa başlaya bilərsiniz. Bunun üçün müxtəlif funksiyaları yerinə yetirən tətbiqetmələr sizə kömək olacaq. Tətbiqetmələr panelin aşağı hissəsindəki rəfdə yerləşdirilib.
    2. Paylaş.
    Hazır olduqdan sonra saytı Facebook hesabınızda “#owbikedayaratdim” hashtag-ı ilə hər kəsə açıq şəkildə paylaşmalısınız.
    3. İştirak haqqı qazan.
    Hashtag ilə paylaşılan postların hər biri yoxlanıldıqdan sonra yarışa qoşulmaq haqqı qazanacaq. Ətraflı məlumat üçün : https://owbike.com/news/12/az/
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər