
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Elm & Texnologiya
30.09.2024
Aslan
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə, əşyaların üzərinə dırmaşa və əşyaları daşıya bilən robot əl hazırlanıb.
Elmi fantastika elementləri olan oyunlarda və ya cizgi filmlərində biz bəzi robot personajların əllərini ataraq rəqiblərini tutduğunu və ya əşyaları tutmaq üçün robot əllərindən istifadə etdiyini görürük. IEEE Beynəlxalq Robototexnika və Avtomatika Konfransında təqdim edilən bu robot əl, həmin filmlərdəki əllərə bənzər quruluşu ilə diqqət çəkib. İsveçrədəki EPFL tərəfindən aparılan tədqiqatda çox sayda fərqli obyektləri tuta bilən, öz qolundan ayrılıb, müstəqil şəkildə hərəkət edə bilən və filmlərdən çıxmış kimi görünən bir robot əl görürük. Paylaşılan videolara görə, robot olduqca balanslı və çevik bir quruluşa malikdir.
Video çox darıxdırıcı bir şəkildə başlasa da, xüsusilə ikinci yarısında daha da maraqlı olur. Komanda tərəfindən verilən açıqlamada, dərin öyrənmə modeli sayəsində çox barmaqlı əl tutuşu üçün çevik manipulyasiya texnikalarının əhəmiyyətli dərəcədə irəlilədiyi, lakin mürəkkəb mühitlərdə təmas məlumatı ilə yönləndirilən tutuşun hələ tam kəşf edilməmiş bir sahə olduğu qeyd edilib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
