
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Elm & Texnologiya
24.10.2024
Aslan
Pişiklərin əşyalarla bağlı sözləri öyrənmə sürətinin körpələrdən daha yüksək olduğu müəyyən edilib. Bu maraqlı tədqiqatın detallarını təqdim edirik...
Yaponiyanın Abazu Universiteti tərəfindən aparılan tədqiqat çərçivəsində 14 aylıq körpələrin sözləri əşyalarla əlaqələndirə bilmələri üçün 16-20 dəfə təkrar etmələri lazım olduğu müəyyən edilib. Eyni araşdırma 31 ev pişiyi üzərində aparıldıqda isə təkrar sayının sadəcə 4 olduğu aşkarlanıb. Üstəlik, sözləri əşyalarla əlaqələndirən pişiklər, yanlış istifadələri də anlaya bilmişdilər. Tədqiqatın əsas rəhbəri Saho Takagi, mövzu ilə bağlı açıqlamasında "Təəccübləndim. Çünki bu araşdırma pişiklərin insan danışığını dinləyə bildiyini və hər hansı xüsusi mükafat əsaslı təlimə ehtiyac duymadan sözləri anlaya bildiyini göstərir" ifadəsini işlədib.

Araşdırma diqqətçəkici olsa da, əhəmiyyətli bir suala cavab tapıla bilməyib. Alimlər hələ də pişiklərin itlər kimi insanların istifadə etdiyi digər sözləri öyrənib-öyrənmədiyini müəyyən edə bilməyiblər. Gələcək tədqiqatlar bu suala cavab verə bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
