Logo
    main-post-cover

    Qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər

    Elm & Texnologiya
    28.01.2025
    Emil
         Technote.az NASA saytına istinadən bildirir ki, astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər. Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasının müşahidəsi prosesi zamanı sübut əldə edilib ki, qara dəliklərin şüalanmaları onların qidalanaraq böyümələri üçün lazım olan qazı soyuda bilirlər. Məlumdur ki, qalaktika topalarının mərkəzlərində olan superkütləli qalaktikalar özlərində nəhəng ölçülü qara dəlikləri birləşdirirlər. Həmin qara dəliklər özlərinin akkresiya diskindəki toz və qazı udurlar.
        Bu isə öz növbəsində onların güclü enerji şüalanması ifraz etmələrinə səbəb olur. Daha öncə təqdim edilmiş kompüter modelləşdirməsi ifraz edilən enerji şüalanması ilə qara dəliyə daxil olan qaz arasındakı əlaqənin mövcudluğunu güman etmişdi. Bu kompüter modelləşdirməsinə əsasən qara dəliyin ifraz etdiyi enerji şüalanması qaz və tozu qalaktikanın mərkəzindən kənara və hətta qalaktikanın sərhədlərindən o tərəfə itələyir. Təqdim edilmiş fotoda müşahidə edilmiş 7 ədəd qalaktika topasından 2-si əks olunub. Fotonun sol tərəfində Persey adlı qalaktika topası, sağ tərəfində isə Sentavr adlı qalaktika topası əks olunub.
         Fotodakı bənövşəyi axınlar qara dəliklərdən ifraz olunan rentgen şüalanmasıdır. Çəhrayı-qırmızı xətlər isə soyuma prosesində olan qazdır. Əldə edilmiş məlumatların analizi onu göstərib ki, soyuq və isti qaz xətləri arasında əlaqə mövcuddur. Belə ki, onların parlaqlıqları və arxitekturaları bir-birilərinə bağlıdırlar. Qara dəlik tərəfindən ifraz edilən güclü şüalanma ətrafdakı qazda turbulentlik yaradaraq onun soyumasına səbəb olur. Daha sonra isə soyumuş qaz yeni qida mənbəyi qismində qara dəliyə geri qayıdır və bu proses davamlı şəkildə təkrarlanır. Bu yeni kəşf sözügedən mexanizmin təkcə qara dəliklər üçün deyil, həmçinin qalaktikalarda yeni ulduzların formalaşması prosesinin işə salınmasında vacibliyini ortaya qoyub.
    Paylaş
    Bənzər xəbərlər
    james-webb-teleskopu-ilk-caglarindan-beri-hereketsiz-veziyyetde-olan-nehen-qara-delik-kesf-edib
    Elm & Texnologiya

    James Webb Teleskopu ilk çağlarından bəri hərəkətsiz vəziyyətdə olan nəhəng qara dəlik kəşf edib!

    James Webb Teleskopu, kainat yalnız 800 milyon yaşında olarkən mövcud olan 400 milyon Günəş kütləsinə malik nəhəng qara dəlik aşkar edib.
    erken-kainatda-superkutleli-qara-deliklerin-nece-formalasdiqlarina-dair-yeni-ferziyye-ireli-surulub
    Elm & Texnologiya

    Erkən kainatda superkütləli qara dəliklərin necə formalaşdıqlarına dair yeni fərziyyə irəli sürülüb

    Aktiv fəaliyyətdə olan James Webb kosmik teleskopunun erkən kainatda superkütləli qara dəliklər kəşf etməsi artıq yeni xəbər deyil. Lakin bu cür nəhəng ölçülü qara dəliklərin erkən kainatda mövcud olmaları faktı çox böyük maraq doğurmaqda davam edir.
    alimler-ilk-defe-qara-deliyin-halesini-goruntulemeyi-bacariblar
    Elm & Texnologiya

    Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!

    Əgər daha əvvəl Ay tutulmasına şahid olmusunuzsa, Ayın ətrafında yaranan haləni görmüsünüz. Buna bənzər bir struktur Günəşin və qara dəliklərin ətrafında da mövcuddur. Alimlər qara dəliklərin ətrafında yerləşən haləni görüntüləyə biliblər.
    erken-kainatin-en-suretli-sekilde-boyuyen-qara-deliyi-kesf-edilib
    Elm & Texnologiya

    Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!

    Astronomlar erkən kainatın ən sürətlə qidalanan qara dəliyini müəyyən ediblər. LID-568 adlandırılan və 7.2 milyon Günəş kütləsinə sahib olan bu qara dəlik, Eddington həddinin 40 qatı bir sürətlə maddə ilə qidalanır.
    erken-kainatda-superkutleli-qara-deliklerin-sayi-dusunulduyunden-daha-cox-imis
    Elm & Texnologiya

    Erkən kainatda superkütləli qara dəliklərin sayı düşünüldüyündən daha çox imiş

    Alimlərin aparmış olduqları yeni tədqiqat kainatın erkən zamanlarında çoxlu sayda superkütləli qara dəliklərin formalaşmasına dair sual doğuran mövzuya aydınlıq gətirir.