Logo
    main-post-cover

    Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb

         10 illərlə elm hesab edirdi ki, kainatımızın böyük hissəsi bizim üçün görünməz olaraq qalır. Söhbət 2 görünməz komponentdən gedir: qaranlıq materiya qaranlıq enerji. Ottava Universitetinin fizika professoru Rajendra Gupta qaranlıq materiya və qaranlıq enerji olmadan kainatı izah etməli olan alternativ nəzəriyyə irəli sürüb. Fizik iddia edir ki, bu cür ümumi qəbul olunmuş model inkişafa mane olur. Gupta deyir: “Əgər biz kainatımızın yaşı 26.7 milyard il olduğunu qəbul etsək, bu, qaranlıq materiyanın mövcudluğu ideyasından tamamilə imtina etməyə imkan verəcək”. Gupta-nın yanaşmasının əsasında iki konsepsiya dayanır: Covarying Coupling Constants (CCC) və “tired light” (TL). Covarying Coupling Constants konsepsiyası fundamental fiziki sabitlərin müəyyən şərtlər altında dəyişə biləcəyini və ya bu dəyişikliklərə “uyğunlaşa” biləcəyini, tamamilə sabit kəmiyyətlər olmadığını nəzərdə tutur. Məsələn, bu konsepsiya işıq sürətinin bəzən dəyişə biləcəyini qəbul edir.
         Öz növbəsində, “işığın qocalması” nəzəriyyəsi uzaq qalaktikalardan gələn işığın niyə spektrin qırmızı sahəsinə sürüşdüyünü izah etməyə çalışır. Qəbul olunmuş yanaşmaya görə, qırmızı sürüşmə kainatın qaranlıq enerjinin təsiri altında sürətlə genişləndiyini göstərir və uzaq qalaktikalardan gələn işıq dalğaları uzanaraq qırmızıya doğru sürüşür. Lakin “yorğun işıq” nəzəriyyəsi fərz edir ki, fotonlar nəhəng məsafələr boyu enerji itirməyə məcbur qalır və nəticədə işıq qırmızıya tərəf sürüşür. Standart yanaşmaya görə, qaranlıq materiya kainatın təxminən 27%-ni təşkil edir. Birbaşa görə bildiyimiz adi materiya isə 5%-dən azdır. Qaranlıq enerji kainatın sürətlənən genişlənməsinə cavabdehdir. Bu ümumi qəbul olunmuş mənzərəyə əsaslanaraq alimlər iddia edirlər ki, kainatın yaşı təxminən 13.8 milyard ildir. Lakin Gupta təbiət qüvvələrinin zamanla zəiflədiyini əsas gətirir və buna görə də kainatın sürətlənən genişlənməsini izah etmək üçün qaranlıq enerjiyə ehtiyac olmadığını bildirir.
         Onun fikrincə, sabitlərin dəyişməsini qəbul etsək, qaranlıq maddəyə də ehtiyac qalmır. Fizik hesab edir ki, işıq böyük məsafələr qət edərkən az miqdarda enerji itirə bilər. Alim deyir: “Standart kosmoloji nəzəriyyələrdən fərqli olaraq, harada ki kainatın sürətlənən genişlənməsi qaranlıq enerji ilə izah olunur, bizim nəticələr göstərir ki, bu genişlənmə təbiət qüvvələrinin zəifləməsi ilə əlaqədardır, qaranlıq enerji ilə yox”. Əgər onun qeyri-adi nəzəriyyəsi həqiqətən təsdiqlənsə, bu, müasir elmdə çox şeyi dəyişəcək. Bu, fon radiasiyasının izahına, qalaktikaların formalaşma və böyümə xronologiyasına, həmçinin işığın teleskoplarımıza doğru yolunda sınmasına yeni yanaşmalar təklif edəcək. Bu, həmçinin zaman anlayışımıza da təsir göstərəcək, çünki qırmızı sürüşmə artıq genişlənmənin ölçüsü olmayacaq. Bu isə Böyük partlayış nəzəriyyəsinə əsaslanan zaman şkalasını şübhə altına alacaq. Buna görə də belə iddialar ciddi yoxlama tələb edir.
    Paylaş