
Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər
Elm & Texnologiya
02.06.2025
Emil
Ümumi nisbilik nəzəriyyəsi ilə əvvəlcədən proqnozlaşdırılan qravitasiya dalğaları 2015-ci ildə qeydə alındı və bu, astrofizika üçün mühüm hadisəyə çevrildi. Lakin yeni tədqiqatın müəllifləri iddia edirlər ki, qravitasiya sahəsindəki dalğalanmaların təsiri çox daha uzaqlara gedib çıxır. Onların fikrincə, bu qüvvələr bizim maqnitosferamızın formalaşmasında və tektonik plitələrin hərəkətə gətirilməsində mühüm rol oynayıb və bununla da Yer üzündə həyatın yaranması üçün əsaslı şərait yaradılıb. Məqalənin müəllifləri -Böyük Britaniya, Almaniya və İsraildən olan alimlər - qravitasiya dalğalarının bizim mövcudluğumuzla necə əlaqəli ola biləcəyini göstərən düşüncə təcrübəsi aparıblar. Bu təcrübədə bir-biri ilə əlaqəli astronomik, geofiziki və bioloji hadisələr zənciri ətraflı şəkildə təsvir olunur.

Məqalənin baş müəllifi, Kardiff Universitetindən Bernard Schutz bildirib ki, nəhəng göy cisimlərinin - qara dəliklərin və ya neytron ulduzlarının toqquşması nəticəsində yaranan qravitasiya dalğaları kainatda bir növ domino effekti yaradır və ardıcıl reaksiyaları hərəkətə gətirərək, nəticə etibarilə, Süd Yolu qalaktikasının spiral qolu üzərində ağıllı həyat formalarının yaranmasına gətirib çıxarır. “Qravitasiya dalğaları qoşa ulduz sistemlərindən enerjini daşıyır və bununla da ulduzları bir-birinə yaxınlaşdırır” - deyə müəlliflər yazıblar. “Kilonova partlayışları dəmir elementindən yuxarıda yerləşən kimyəvi elementlərin əsas mənbəyi olub. Bu elementlərə uran və torium da daxildir. Onların radioaktiv izotopları (238U və 232Th) Yer səthinin daxilində geniş şəkildə yayılıb. Əgər kilonovalar olmasaydı, bu izotopların həcmi çox az olardı, ya da heç olmayacaqdı”.

Yerin qızğın maye xarici nüvəsi maqnit sahəsi yaradır və bu sahə potensial canlı orqanizmləri kosmik radiasiyadan qorumağa qadirdir. Nüvənin istiliyi həmçinin plitə tektonikasını idarə edir və əvvəlki araşdırmalara əsasən, bu proses təkamülün əsas hərəkətverici qüvvələrindən biridir. Schutz və onun həmmüəllifləri qravitasiya dalğalarının mənşəyi ilə bağlı nəzəriyyə hazırlayan ilk alimlərdir. Bununla belə, 2024-cü ildə beynəlxalq alimlər qrupu qravitasiya dalğalarının insan biologiyası üçün vacib olan iki ağır element - yod və bromun sintezindəki rolundan bəhs etmişdi. İlin əvvəlində isə başqa bir məqalə dərc olundu. Onun müəllifləri ehtimal edirdilər ki, qravitasiya dalğaları qalaktikaların yaranmasını kvant köpüyündən başlada bilmişdir.
Mənbə: Popular Mechanics
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
