Logo
    main-post-cover

    Qualcomm artıq Snapdragon 8s Gen 4 prosessoru üzərində çalışır

         Qualcomm şirkəti Snapdragon 8 Gen 4 prosessorunu gələn ayın sonuna yaxın təqdim edəcək. Lakin buna baxmayaraq artıq indidən Snapdragon 8s Gen 4 prosessoru barəsində ilk məlumatlar ortaya çıxmağa başlayıb. Belə ki, Snapdragon 8s Gen 4 prosessoru SM8735 model nömrəsi ilə birlikdə Xiaomi-nin HyperOS proqram təminatında ortaya çıxıb. Çox güman ki, Xiaomi, Snapdragon 8s Gen 4-ə sahib smartfonlarını artıq şirkət daxilində test etməyə başlayıb.
         Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxmışdı ki, hələ təqdim edilməmiş Redmi Turbo 4 smartfonu IMEI məlumatlar bazasına əlavə edilib. Heç istisna deyil ki, bu smartfon məhz Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışsın. Bu ilin birinci yarısında təqdim edilmiş Redmi Turbo 3Xiaomi CIVI 4 Pro smartfonları Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışırlar. Snapdragon 8s Gen 4-ün adi Snapdragon 8 Gen 4-dən nə dərəcədə fərqlənəcəyi bilinmir. Sözügedən prosessor çox güman ki, gələn ilin birinci yarısında təqdim ediləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qualcomm artıq Snapdragon 8s Gen 4 prosessoru üzərində çalışır | Technote