main-post-cover

    Qualcomm-dan orta büdcəli smartfonlar üçün yeni Snapdragon 860 prosessoru

    Elm & Texnologiya
    24.03.2021
    Farid Pardashunas
        Qualcomm şirkəti ilk dəfə Poco X3 Pro smartfonunda istifadəyə verilmiş Snapdragon 860 prosessoru barəsində ətraflı məlumat verib. Texniki baxımdan bu yeni prosessor 2019-cu ildə təqdim olunmuş Snapdragon 855-in təkmilləşdirilmiş versiyası qismində çıxış edir və bahalı olmayan orta büdcəli smartfonlar üçün nəzərdə tutulub. Beləliklə Snapdragon 860 modeli 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və onun mərkəzi prosessoruna 2.96 GHz tezlikdə çalışan 8 ədəd Kryo 485 nüvəsi daxildir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni göstəricilərlə Snapdragon 855 prosessoru maksimum 2.84 GHz tezlikdə çalışa bilir. Lakin Snapdragon 855+ modeli yeni Snapdragon 860-in çalışdığı tezlikdə çalışır.
        Snapdragon 860-ı Snapdragon 855+ modelindən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, yeni prosessor 16 GB-a kimi olan RAM-ları və 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli iki ekranla çalışma özəlliyini dəstəkləyir. Başqa özəlliklər baxımından hər iki prosessor eynidir. Onu da qeyd etmək lazımdır ki, Snapdragon 860-ın daxilinə yalnız 4G şəbəkəsində çalışan Snapdragon X24 modemi daxildir. Smartfon istehsalçıları istəyə uyğun olaraq ayrıca 5G dəstəkli Snapdragon X50 modemini inteqrasiya edə bilərlər. Yaxın zamanda Snapdragon 860-a sahib daha çox orta büdcəli smartfonun təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər