
Qualcomm-un Snapdragon X Plus adlı yeni desktop prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
23.04.2024
Farid
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Snapdragon X Plus adlı yeni desktop prosessorunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən yeni prosessor Geekbench testlərindən keçib. Machine learning testlərində Snapdragon X Plus müxtəlif nəticələr sərgiləyib. Bu isə prosessorun iki müxtəlif variantda təqdim olunacağına işarə edir. Qeyd etmək lazımdır ki, Snapdragon X Plus prosessoru keçən il təqdim edilmiş 12 nüvəli Snapdragon X Elite desktop prosessorunun bir qədər sadələşdirilmiş versiyasıdır.

Məlumata əsasən Snapdragon X Elite-dən fərqli olaraq Snapdragon X Plus prosessoru 10 nüvəlidir. Beləliklə Snapdragon X Plus prosessoru Geekbench-in Machine learning testlərindən birində 1903 xal, digərində isə 2410 xal toplayıb. Maraqlısı ondadır ki, prosessor müxtəlif nəticələri oxşar özəlliklərə sahib olmaqla sərgiləyib. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Qualcomm şirkəti Snapdragon X Plus-ın iki versiyasını hazırlayır və onlar performans mövzusunda fərqlənəcəklər. Snapdragon X Plus-ın artıq sabah təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
