Raket hissələrini 1 gündə çap edə bilən 90 tonluq 3D printer hazırlanıb!
Elm & Texnologiya
22.10.2024
Farid Pardashunas
"Rocket Lab" adlı kosmik texnologiyalar şirkəti, raketlərin mürəkkəb karbon kompozit hissələrini sürətli və dəqiq şəkildə istehsal edə bilən 90 tonluq 3D printerdən istifadə etməyə başlayıb.
Kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən Rocket Lab, Maryland-dəki müəssisəsinə 90 tonluq nəhəng bir Avtomatik Fiber Yerləşdirmə (AFP) maşını quraşdırıb. Bu 3D printer, istehsal prosesini xeyli sürətləndirərək raketlərin mürəkkəb karbon kompozit hissələrini dəqiq şəkildə istehsal edə bilir.
Electroimpact tərəfindən hazırlanmış 12 metrlik robotik maşın, karbon liflərini dəqiqədə 100 metr sürətlə yerləşdirə bilir. Şirkətin yeni Neutron raketi üçün kritik əhəmiyyət kəsb edən 28 metrlik interconnect hissəsi, 7 metrlik birinci mərhələ tankı və 5 metr uzunluğundakı ikinci mərhələ tankı kimi böyük hissələrin istehsalı bu maşın vasitəsilə həyata keçiriləcək.
Nəhəng 3D printer, Neutron raketinin kompozit materiallardan hazırlanmış bütün böyük hissələrini istehsal edə biləcək. Üstəlik, inteqrasiya olunmuş keyfiyyətə nəzarət sistemi sayəsində istehsal zamanı yaranacaq səhvlər avtomatik olaraq aşkar ediləcək. Rocket Lab, bu yenilikçi maşınla yalnız vaxt deyil, həm də ciddi maliyyə qənaəti əldə etməyi planlaşdırır. Ənənəvi üsullarla böyük kompozit raket hissələrinin istehsalı həftələrlə vaxt aparan əl əməyini tələb edirdi. AFP maşını sayəsində bu proses 1 günə qədər azaldıla biləcək və istehsal müddətindən 150.000 saatdan çox qənaət edilə biləcək.
Rocket Lab, Neutron raketinin dizaynında karbon kompozit materialından istifadə edilməsini böyük bir üstünlük kimi görür. Bu material, yüngüllüyü və yüksək möhkəmliyi ilə kosmik missiyalar üçün olduqca ideal seçimdir. İstehsalın AFP maşını ilə avtomatlaşdırılması, şirkətin buraxılış tezliyini artırmağa və xərcləri azaltmağa imkan verəcək. Rocket Lab, bu yeni texnologiya ilə istehsal olunmuş ilk Neutron raketini 2025-ci ildə buraxmağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
Hazırda sürətli şarj texnologiyalarının olmasına baxmayaraq, "şarj narahatlığı" hələ də geniş əhali tərəfindən hiss edilən bir problemdir. Tədqiqatçılar isə "Power-over-Skin" texnologiyası ilə buna bir həll yolu tapıblar.
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibb dünyası texnologiyanın sərhədlərini aşan yeni bir inkişafın şahidi olub. İsveçrəli cərrahlar qrupu 9300 kilometr uzaqdan PlayStation Move və DualSense pultları ilə bir donuza endoskopik cərrahiyyə əməliyyat etməyi bacarıb.
İlk dəfə olaraq, elektrikli bir qayıq 600 km məsafədən idarə olunub!
İlk dəfə olaraq, elektrikli bir qayıq 600 km məsafədən idarə olunub!
İsveçdə ilk dəfə olaraq, avtonom bir elektrikli qayıq 600 km məsafədən idarə edilib. Bununla da avtonom dəniz nəqliyyatı istiqamətində mühüm bir addım atılıb.
Yaxın gələcəkdə telefonları təyyarənin pəncərəsilə şarj etmək mümkün olacaq!
Yaxın gələcəkdə telefonları təyyarənin pəncərəsilə şarj etmək mümkün olacaq!
Təyyarələrdə taxıc yuvaları olsa da, yeni sistem bildiyimiz hər şeyi alt-üst edə bilər. Deyəsən, yaxın illərdə təyyarədə elektron cihazlarımızı doldurmaq üçün çoxlu səylər göstərməyimizə ehtiyac qalmayacaq.
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG Chem, batareyalardakı istilik sızmasının qarşısını ala bilən yeni bir material hazırladığını elan edib. Batareyalardakı istilik sızmasının qarşısını almaq təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!