main-post-cover

    Realbotix şirkəti Henry adlı cinsi münasibət robotunu təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    05.04.2018
    Emil Nəcəfov
        İngiltərənin Realbotix adlı şirkəti Henry adlı cinsi münasibət robotunu təqdim etdi. Bu robotun üstünlükləri arasında təkcə seksual davranış deyil həmdə bayağı zarafatlar etmək və xoş sözlər demək var. Bu barədə Daily Mail saytı xəbər verib. Henry robotunun standart versiyası, 6 kq çəkiyə, 1.8 metr hündürlüyündə boya, qara saçlara, qara gözlərə və 6 kubik qarın əzələsinə sahibdir. Komplektləşdirmədən asılı olaraq robotun bu versiyasının qiyməti 11.000-15.000$ təşkil edir.
        Əlavə ödəniş qarşılığında şirkət alıcının istəyinə uyğun olaraq tobotun istənilən parametrini dəyişə bilər. Henry öz istifadəçisinin sevdiyi mahnıları sitat gətirə, ona xəbərləri danışa, onunla film və yeni dedi-qoduları müzakirə edə və onunla çoxlu zarafat edə bilər. Şirkətin verdiyi məlumata əsasən onun əsas hədəfi qadınlara özlərini yalnız hiss etməmələrini yaşatmaqdır. Təbii ki, nəzərə almaq lazımdır ki, Henry tam süni zəka deyil. O, müəyyən şablon tapşırıqları yerinə yetirmək üçün proqramlaşdırılmış bir kukladır.

    Linki kopyala