main-post-cover

    Redmi K20 Pro'nun dəqiq qiymət göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    24.05.2019
    Farid Pardashunas
        Bir neçə saat bundan öncə verdiyimiz xəbərdə Redmi brendinin K20 smartfon seriyasının təqribi qiymət göstəricisi məlumatı əks olunmuşdu. Lakin indi ortaya çıxmış son məlumat sızıntısında K20 Pro modelinin müxtəlif versiyalarının dəqiq qiymətləri əks olunub. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.

        Beləliklə yeni məlumata əsasən 6 GB RAM və 64 GB daxili yaddaşa sahib K20 Pro modeli Çində 376$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 405$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 435$-a satılacaq. Burdan da belə qənaətə gəlmək olar ki, adi Redmi K20 modeli daha ucuz qiymətə satılacaq. Bundan əlavə olaraq Redmi brendinin rəhbəri olan Lu Weibing Çinin Weibo sosial şəbəkəsində bildirib ki, K20 modellərində 3.5 mm-lik audiogiriş hissəsi öz yerini qoruyub saxlayacaq.
        Onun sözlərinə əsasən bu, istifadəçilər tərəfindən ən çox tələb olunan özəlliklərdən biridir. Bununla yanaşı o qeyd edib ki, yeni smartfonlar keyfiyyətli səs texnologiyasına da sahib olacaqlar. Belə ki, K20 modelləri Hi-Res Audio sertifikatlaşdırılmasından keçiblər. Qeyd etmək lazımdır ki, Redmi K20-nin təqdimatı 28 may tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər