main-post-cover

    Redmi K20 smartfonunun real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    23.05.2019
    Farid Pardashunas
        Dünən verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Xiaomi şirkətinin brendi olan Redmi-nin K20 adlı ilk flaqman smartfon seriyasının keyfiyyətli render fotoları ortaya çıxıb. İndi isə bəzi insayderlər K20 modelinin real fotolarını təqdim ediblər. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Redmi brendinin ilk flaqman seriyasına K20 və K20 Pro modelləri daxil olacaq.

        Təqdim olunmuş real fotolardan da görmək olar ki, smartfon ekranının ətrafındakı çərçivələr çox nazikdirlər və ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Ön kamera hər iki modeldə də gövdənin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək. Smartfonlar öz aralarında sadəcə sahib olduqları prossessor baxımından fərqlənəcəklər. Belə ki, K20-nin Snapdragon 730 prosessoru, K20 Pro-nun isə Snapdragon 855 prosessoru ilə təchiz olunacağı gözlənilir. Digər göstəricilərə görə isə smartfonlar eyni olacaqlar. Qeyd etmək lazımdır ki, K20 ilə K20 Pro-nun təqdimatı 28 may tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər