main-post-cover

    Redmi K20 smartfonunun keyfiyyətli render fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    22.05.2019
    Farid Pardashunas
        Redmi brendinin K20 adlı ilk flaqman smartfon seriyasının təqdimatına sayılı günlər qalıb. Lakin buna baxmayaraq interetdə bu smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə internetdə K20 modelinin keyfiyyətli render fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Fotolardan da görmək olar ki, smartfon şüşə materialdan hazırlanmış gövdəyə və 4 qradient rəngə sahib olacaq.

        Bundan əlavə olaraq fotolar K20 modelinin üçlü arxa kameraya sahib olacağı məlumatını da təsdiqləyir. Üçlü arxa kamera smartfonun arxa panelinin mərkəzində şaquli şəkildə yerləşdiriləcək. Redmi brendinin ilk flaqman smartfon seriyasına iki model daxil olacaq: Redmi K20 və K20 Pro. Son məlumatlara əsasən bu smartfonlar öz aralarında yalnız prosessorlar baxımından fərqlənəcəklər. Belə ki, gözləntilərə əsasən K20 modeli Snapdragon 730 prosessoru, K20 Pro modeli isə Snapdragon 855 prosessoru ilə təchiz olunacaq.

        Digər göstəricilər baxımından smartfonlar eyni olacaqlar. K20 modelinin 6.39 düym AMOLED ekran (ekran üzərində çıxıntı hissəsiz), ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, NFC modulu, 3.5 mm-lik audiogiriş və sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Son məlumatlara inansaq, K20 modeli 400$-dan aşağı qiymətə satılacaq. Qeyd etmək lazımdır ki, K20 seriyasının təqdimatı 28 may tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər