main-post-cover

    Redmi Note 9 Pro smartfonunun ilk render fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    24.02.2020
    Emil Nəcəfov
        Hələ təqdim olunmamış Redmi Note 9 Pro smartfon modelinin ilk render fotosu internetdə ortaya çıxıb. Təqdim edilmiş render fotolara əsasən smartfon çərçivəsiz ekran, 4 kamera modulu və Samsung-un flaqman smartfon modellərindəki kimi ekrana inetqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq. Bu barədə Slashleaks saytı xəbər verib.
        Beləliklə təqdim olunmuş render fotodan da görmək olar ki, smartfonun ön kamerası kiçik dairəvi çıxıntı daxilində yerləşdiriləcək və həmin çıxıntı hissə ekranın yuxarısının mərkəzində olacaq. Smartfon həmçinin dördlü arxa kamera ilə də təchiz olunacaq: 64 MP, genişbucaqlı obyektiv, makroobyektiv və ToF modul. Render fotodan da görmək olar ki, smartfonun gövdəsində barmaq izi skanı texnologiyası yoxdur.
        Bu isə o deməkdir ki, həmin texnologiya çox güman ki, smartfonun ekranına inteqrasiya ediləcək. Məlumata əsasən Redmi Note 9 Pro modeli MediaTek Helip G70 prosessoru və Mali-G52 2EEMC2 qrafik sürətləndirici ilə təchiz olunacaq. Smartfonun 5G şəbəkəsini dəstəkləyib-dəstəkləməyəcəyi barəsində bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir.
    Linki kopyala