main-post-cover

    Rəqs edən 1000 robot rekord qırdı (VİDEO)

    Elm & Texnologiya
    25.08.2017
    Orxan Jafarli
    Guinness Rekordlar Kitabı yenə maraqlı, lakin əyləncəli bir rekordu təsdiq etdi. WL Intelligent Tech tərəfindən hazırlanmış Dobby humanoid robotlarının mükafat qazanan rəqs performansı burada.
    Sinxron olaraq rəqs edən min robot, ortaya qoyduqları performansla Guinness Rekordlar kitabı səhifələrində yer almağı bacardı. Çin dobbi robotlarının bu rəqs performansını  sevəcəksiniz.
    Guangzhou mərkəzli WL Intelligent Tech adlı şirkətin tam olaraq 1069 ədəd DOBIE humanoid robotunun reallaşdırdığı rəqs performansı, Guinness Dünya Rekordları arasındakı yerini almış vəziyyətdədir.. 45 santimetrlik robotların prosesi mükəmməl şəkildə başa vurduqlarını qeyd etmək lazımdır.
    Çin bazarı üçün təqdim edilmiş olan səslə idarə edilə bilən DOBIE humanoid robotlar təxminən 250 dollarlıq qiymət etiketinə sahibdir. Bu rekordun DOBIE satışları üçün də yaxşı bir reklam xarakteri daşıdığını söyləmədən keçə bilməyəcəyik. Çox istiqamətli olduğu ifadə edilən robotların əhəmiyyətli bir xüsusiyyəti isə üzüstə vəziyyətdən asanlıqla ayaqları üzərinə qalxmağıdır. Məhsulun batareya müddəti 40 dəqiqə olaraq izah edilir. Bundan əlavə, kung fu hərəkətləri və yoga rejimi kimi detallar da olduqca diqqət çəkir.
    Daha əvvəl də ölkədə yenə rəqs edən robotlarla bir rekord qırılmışdı. Bu rekord üçün Ever Win şirkəti tərəfindən cəmi 1007 robot istifadə edilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər