Logo
    main-post-cover

    Robotların sinxron rəqsi Ginnesin Rekordlar Kitabına düşüb

    1007 balaca robot sinxronizə rəqs edərək Ginnesin Rekordlar Kitabına düşməyi bacardı

    Rekord Çinin Qingdao şəhərində keçirilən beynəlxalq pivə festivalında baş tutub. İlk əvvəl təşkilatçılar 1040 robotun iştirak edəcəyini bildirsələr də, sonda boyu 43 sm-dən böyük olmayan 1007 robot rəqsi icra edib. Ginnesin Rekordlar Kitabının nümayəndələri rekordun baş tutduğunu bildiriblər. Qeyd edək ki, keçən il də eyni adda rekord qırılsa da rekordda sadəcə 540 robotun sinxronizə rəqsi baş tutmuşdu. Rekordun baş tutması üçün robotlar bir dəqiqədən az hərəkət etməməli, dayanmamalı və eyni zamanda yıxılmamalı idilər.
     

     
    Paylaş
    Bənzər xəbərlər