Logo
    main-post-cover

    Rocket Lab kosmosdan raket müdafiəsi üçün 18 peyk istehsal edəcək

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Rocket Lab ABŞ müdafiə sektorunda daha bir iri müqavilə qazanıb. Şirkət ABŞ-nin Space Development Agency (SDA) ilə 816 milyon dollar dəyərində yeni müqavilə imzalayıb. Bu, Rocket Lab üçün indiyə qədər qazandığı ən böyük müqavilə hesab olunur.
    Rocket Lab Prepares to Launch for Classified Customer
        Cümə günü yayımlanan rəsmi məlumata görə, Rocket Lab-ın törəmə şirkəti Rocket Lab USA SDA tərəfindən əsas podratçı seçilib. Müqavilə çərçivəsində şirkət 18 ədəd peykin dizaynı və istehsalını həyata keçirəcək. Sözügedən peyklər raket xəbərdarlığı, izləmə və müdafiə məqsədli qabaqcıl sensorlarla təchiz olunacaq və SDA-nın Tracking Layer Tranche 3 proqramı çərçivəsində istifadə ediləcək. Bu razılaşma Rocket Lab-ın daha əvvəl qazandığı 515 milyon dollarlıq başqa bir SDA müqaviləsindən ayrıdır. Həmin əvvəlki layihə Transport Layer-Beta Tranche 2 proqramı çərçivəsində aşağı Yer orbitində (LEO) hərbi məqsədli, şifrəli və gecikməsi az olan peyk rabitə şəbəkəsinin qurulmasını nəzərdə tutur.
        Beləliklə, Rocket Lab-ın Space Development Agency ilə bağladığı müqavilələrin ümumi dəyəri artıq 1,3 milyard dolları keçib. Şirkət təkcə raket buraxılışı ilə kifayətlənməyərək son illərdə müdafiə və təhlükəsizlik texnologiyaları sahəsində mövqeyini gücləndirir. Rocket Lab yaxın gələcəkdə ABŞ Müdafiə Nazirliyinin çoxmilyardlı təşəbbüsləri, o cümlədən Golden Dome kimi iri proqramlar üçün də tenderlərdə iştirak etməyi planlaşdırır.
    Paylaş