main-post-cover

    Samsung dünyanın ən yüksək parlaqlıq səviyyəsinə sahib OLED ekranını sərgiləyib

    Elm & Texnologiya
    05.01.2023
    Farid Pardashunas
        Samsung şirkəti Las Veqasda keçirilən CES 2023 sərgisi çərçivəsində yeni ekran texnologiyalarını sərgiləyib. Şirkətin yeni ekran məhsulları arasına flaqman smartfonlar üçün nəzərdə tutulmuş ən parlaq ekran daxil olub. Məlumata əsasən təqdim edilmiş yeni ekranın parlaqlıq səviyyəsi əvvəlki rekorddan 14% daha yüksəkdir. Qeyd etmək lazımdır ki, Samsung smartfonları arasında ən yüksək parlaqlıq səviyyəsinə sahib ekran ilə Galaxy S22 Ultra modeli təchiz olunub. Belə ki, onun ekranının maksimal parlaqlıq səviyyəsi 1750 nit təşkil edir. Samsung-un təqdim etmiş olduğu yeni OLED ekranın maksimal parlaqlıq səviyyəsi isə 2000 nit təşkil edir.
        Bu faktı təsdiqləmək üçün şirkət həmçinin sözügedən ekranı Underwriters Laboratories adlı beynəlxalq təşkilatda da sertifikatlaşdırıb. Məlumatda qeyd edilib ki, 200 nit parlaqlıq səviyyəsinə sahib yeni OLED ekran UDR (Ultra Dynamic Rage) kontentləri sərgiləyə bilir və üstəlik Samsung-un əvvəlki ekran modellərinin enerji sərfiyyatını özündə birləşdirir. CES 2023 sərgisi çərçivəsində Samsung iki ekran yerləşdirib. Onlardan biri adi, digəri isə yeni OLED ekran olub. Təqdim edilmiş fotodan da görmək olar ki, yeni OLED ekranın parlaqlıq səviyyəsi həqiqətən də yüksəkdir və təsviri daha dolğun şəkildə əks etdirir. Yeni OLED ekrana sahib ilk Samsung smartfonlarının nə zaman təqdim ediləcəyi barəsində heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər