main-post-cover

    Samsung Galaxy S20 Ultra barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    14.01.2020
    Emil Nəcəfov
        Gələn ay Samsung şirkəti Galaxy S20 adlı yeni flaqman smartfon seriyasını təqdim edəcək. İndi isə internetdə həmin seriyaya daxil olacaq modellərdən biri olacaq Galaxy S20 Ultra-nın texniki özəllikləri ortaya çıxıb. İnsayderlərin verdikləri məlumatlara əsasən Galaxy S20 Ultra-nın əsas üstünlükləri arasında yüksək performanslı prosessor və RAM göstəricisi, təkmilləşdirilmiş yeni Sony kameraları olacaq. Bu barədə Androidcentral saytı xəbər verib.
        Məlumata əsasən smartfon üçlü arxa kamera ilə təchiz olunacaq: 108 MP + 48 MP + 12 MP (Sony IMX555). Məlumatda həmçinin qeyd edilib ki, smartfon 100 qat hibrid zoom özəlliyinə sahib olacaq. Ön kamera isə 10 MP-lik (Sony IMX374) olacaq. Galaxy S20 və S20 Plus modellərinə gəldikdə isə onların əsas arxa kameraları 64 MP-lik olacaq.
        Snapdragon 865 prosessorundan əlavə olaraq Galaxy S20 Ultra-nın 12/16 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli) ilə təchiz olunması gözlənilir. Güman edilir ki, sözügedən model 45 vatt gücündə sürətli şarj yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bu üsul ilə smartfon 100% enerjini 74 dəqiqəyə yığa bilər. Qeyd etmək lazımdır ki, Galaxy S20 flaqman smartfon seriyası 11 fevral tarixində təqdim olunacaq. 
    Linki kopyala