
OnLeaks ləqəbli məşhur insayder Samsung Galaxy Watch 6 Classic smart saatının keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy Watch 6 Classic xarici görünüşcə Galaxy Watch 5 Pro-ya bənzəyəcək. Bununla belə yeni smart saatın üst hissəsi Galaxy Watch 4 Classic-dəki kimi hərəkətli olacaq. Smart saat həmçinin yastı ekranı və iki ədəd idarəetmə düyməsini əldə edəcək.
Son məlumat sızıntılarına əsasən Galaxy Watch 6 Classic iki gövdə ölçüsündə təqdim ediləcək. Onlardan biri 42 mm, digəri isə 46 mm gövdə ölçüsünə sahib olacaq. 42 mm gövdə ölçüsünə sahib model 300 mAh, 46 mm gövdə ölçüsünə sahib model isə 600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Watch 6 smart saat seriyasının qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Son məlumatlara əsasən isə sözügedən smartfonlar iyul ayının sonunda təqdim olunacaqlar.