Logo
    main-post-cover

    "Samsung" şirkəti Galaxy Note 7 modellərini geri çağırır. Səbəb nədir?

    Cənubi Koreyalı bir media agentliyinin məlumatına görə "Samsung", bəzi ölkələrdə Galaxy Note 7 modellərini geri toplayacaq və cihazın satışlarını müəyyən müddət üçün saxlayacaq. Galaxy Note 7-nin çox böyük rəğbət görməsi və satışlarının yüksək səviyyədə təşkilindən sonra yaranmış problemlərlə əlaqədar şirkət bu model telefonlarını geri çağırıb. Belə ki, bir müddət əvvəl iki Galaxy Note 7 modelinin batareyası şarj zamanı partlamış və cihaz istifadəsiz hala düşmüşdü. Müştəri məmnuniyyətinə hər zaman önəm verən şirkət bu faktları göz önünə alaraq xətalı olduğunu düşündüyü modelləri geri çağırıb və bəzi ölkələrdə satışı müəyyən müddət üçün təxirə salıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...