main-post-cover

    'Samsung' şirkətinin mobil şöbəsinin CEO-su Galaxy S9-un təqribi anons tarixini və Galaxy X-in çıxış tarixini açıqladı

    Elm & Texnologiya
    10.01.2018
    Farid Pardashunas
    “Samsung” şirkətinin mobil şöbəsinin CEO-su DJ Koh bildirib ki, Galaxy S9-un anonsunu yaz fəslinə kimi gözləmək lazım gələcək.
    O qeyd edib ki, şirkət öz yeni flaqman modelini gələn ayın sonunda keçirələcək MWC 2018 tədbirindən əvvəl və ya tədbir çərçivəsində anons edəcək. Galaxy S9-un 1 ay öncədən aons olunması həmçinin onun 1 ay tez satışa çıxması deməkdir. Galaxy S8 Aprel ayında satışa çıxmışdı. Galaxy S9 isə Mart ayında satışa çıxa bilər. Bir sıra şayiələr üzrə yeni flaqman modeli haqqında bildiklərimizə əsasən Galaxy S9-un çıxışına əngəl olacaq hansısa texniki problemlərin yaranmayacağı güman olunur.
    Həmin sözü şirkətin gizli Galaxy X modeli haqqında demək olmaz. Şirkətin məlumatına əsasən o, əyilə bilən smartfonu gələn il satışa çıxartmağı planlaşdırır. Beləliklə bu cür qərar daha əvvəl smartfonun bu il satışa çıxacağı şayiələrini səhv çıxardır. DJ Koh-un məlumatına əsasən hal hazırda smartfonun satışa çıxmasını onun hələ ideal olmayan istifadəçi interfeysi və erqonomikası mane olur. Bu isə o deməkdir ki, çox güman ki, şirkət artıq cihazın texniki problemlərini həll edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər