Samsung tarixində ilk: Exynos 1000 çipseti Snapdragon 875-i testlərdə keçdi

Samsung tarixində ilk: Exynos 1000 çipseti Snapdragon 875-i testlərdə keçdi

Texnologiya
20.09.2020 PAYLAŞIM

        Bir tərəfdə Exynos, bir tərəfdə Snapdragon. Bir tərəfdə Samsung, bir tərəfdə Qualcomm. Smartfon ekosistemində 2 böyük çipset istehsalçısı olan Samsung və Qualcomm-a məxsus Exynos-Snapdragon prosessorları həmişə rəqabətdə olublar. Həmişə Qualcomm Snapdragon çipsetləri həm performans olaraq, həm enerji istifadəsi olaraq Samsung Exynos-u qabaqlayıb. Lakin indi deyəsən vəziyyət dəyişir. 

Exynos 1000 çipseti performans testlərində Snapdragon 875-dən daha üstün nəticə göstərə bilib.

                Geekbench performans testlərinin paylaşıldığı Koreyaya məxsus bir forumda paylaşılan məlumatlara görə birində Exynos 1000, digərində Snapdragon 875 çipseti olan 2 ədəd Galaxy S21 smartfonu müqayisə edilib. Əlavə olaraq Snapdragon 875 istifadə edən Xiaomi Mi 11 də testlərdə istifadə edilib. Exynos 1000 istifadə edən Galaxy S21 smartfonu performans testlərində həm tək nüvə, həm çox nüvə testlərində daha yüksək xal toplaya bilib. Beləki Exynos 1000 tək nüvə testində 1302 xal, çox nüvə testində isə 4250 xal toplayıb. Snapdragon 875 istifadə edən Galaxy S21 isə tək nüvə testində 1159 xal, çox nüvə testində isə 4090 xal toplayıb. Həmçinin Xiaomi Mi 11 smartfonu tək nüvə testində 1102 xal, çox nüvə testində 4113 xal toplayıb. Nəticələrdən göründüyü kimi Exynos 1000 çipseti daha güclü performans göstərə bilib. 


        Qeyd edək ki, çipset nüvələrini və arxitekturasını hazırlayan ARM şirkət Cortex X1 nüvəsini təqdim etmişdi. Bu nüvənin istifadə edildiyi çipsetlər daha güclü performans göstərə bilirlər. Verilən məlumatlara görə Samsung xüsusilə Cortex X1 nüvəsinin performansını artırmağa fokuslandığı üçün testlərdə Snapdragon 875-i keçə bilib. Təbii ki, Qualcomm da Cortex X1 nüvəsini Snapdragon 875 çipsetində istifadə edir. Lakin qeyd etməliyik ki, hər iki çipset də hələ son versiyalarında deyil. Yəni bu prosessorların təkmilləşmə prosesi bitdikdə nəticələr yenə dəyişə bilər. 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


30% daha sürətli çalışma: Snapdragon 875 prosessoru AnTuTu testindən keçib..

Qualcomm şirkəti Snapdragon 875 flaqman prosessorunun təqdimatına hazırlaşır və bu səbəbdən də insay..


Huawei şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını yaradıb: Lakin bir ..

Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 40 Pro smartfonu 66 vatt gücündə sürətli şarj..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.

×