Logo
    main-post-cover

    Şəkillərdəki məkanları səyahət edə biləcəyiniz 3D modellərə çevirən süni intellekt aləti təqdim edilib! (VİDEO)

    Elm & Texnologiya
    06.12.2024
    Aslan

         World Labs, 2D şəkillərdəki məkanları içində gəzə biləcəyiniz 3D dünyalara çevirən, inqilab yaratma potensialına sahib yeni süni intellekt xüsusiyyətini təqdim edib.

         World Labs-in yeni xüsusiyyəti üçün lazım olan yeganə şey, istinad olaraq istifadə ediləcək bir 2D fotoşəkildir. Çox qısa müddət ərzində həmin şəkildən detallı və içində hərəkət edə biləcəyiniz 3D mühit yaradır. Bu da məşhur rəssamların əsərlərindən tutmuş şəxsi fotolarınıza qədər bir çox şəkli 3D real mühitlərə çevirmək deməkdir.
         Şirkət, bu gün mövcud olan video və vizual yaradıcı alətlərdə rast gəlinən problemlərdən yeni xüsusiyyətində qaçmağa çalışdığını bildirib. Nümunələrə baxdıqda kiçik çatışmazlıqlara baxmayaraq ümumilikdə uğurlu nəticələr əldə edildiyini görmək mümkündür. Həmçinin istəyinizə uyğun olaraq 3D versiyalara effektlər də əlavə edə bilir. Bu cür bir alət film, video oyun və simulyator yaradılması kimi sahələrdə böyük təsirlər göstərə bilər. Xüsusən də video yaradıcı alətlərlə birləşdirildikdə çox faydalı olacağını düşünmək olar. Animasiya studiyalarının da bu vasitələrdən çox daha asan səhnələr yaratmaq üçün faydalana biləcəyini söyləmək mümkündür.
    Paylaş