Logo
    main-post-cover

    Siçanların "düşüncələrini" onların üz mimikalarına hesabına təyin etmək mümkün olub

         Portuqaliyadan olan tədqiqatçılar aşkar ediblər ki, siçanların mimikasına baxaraq onların nə düşündüklərini başa düşmək beyin neyron siqnallarını öyrənməklə əldə olunan nəticələr qədər uğurlu ola bilər. Bu kəşf beyin fəaliyyətini öyrənməyin daha sadə, əlçatan və qeyri-invaziv üsullarının yaranmasına töhfə verə bilər. Paralel olaraq, bu, yaxın gələcəkdə insanın psixi vəziyyətinin məxfiliyini qorumağa ehtiyac yarana biləcəyi barədə də düşündürür. Əvvəlki bir tədqiqatda eyni alimlər siçanlara iki borudan hansı ilə şirin içkinin axacağını müəyyənləşdirməyi təklif etmişdilər. Şəkərli maye müxtəlif borularla axırdı, buna görə də siçanlar uğur qazanmaq üçün öz strategiyalarını dəyişməli olurdular.
         “Biz bilirdik ki, siçanlar bu tapşırığı müxtəlif strategiyalarla həll edə bilərlər və onların davranışına əsaslanaraq hansı strategiyanı istifadə etdiklərini müəyyən edə bilirdik” - deyə araşdırmanın müəllifi Fanny Cazette bildirib. Tədqiqatçılar gözləyirdilər ki, siçanların beyin neyronları yalnız aktiv strategiyanı əks etdirəcək, lakin aşkar etdilər ki, beyində bütün strategiyalar eyni vaxtda, edilən seçimdən asılı olmayaraq mövcuddur. Bunun ardınca onlar belə bir sual verdilər: bu strategiyalar heyvanların mimikasında görünə bilərmi? Buna cavab tapmaq üçün alimlər həm mimikanı, həm də beyin fəaliyyətini qeydə alıb, sonra məlumatları machine learning vasitəsilə təhlil etdilər. Qəribədir ki, incə mimik siqnallar neyron populyasiyaları qədər informativ oldu.
         “Bizim aşkar etdik ki, siçanın “düşündüyü” barədə eyni miqdarda məlumatı, onlarla neyronun aktivliyini qeydə alarkən əldə etdiyimiz qədər əldə edə bilirik. Ağlın gizli məzmununa belə asan çıxışı beyin araşdırmalarına mühüm təkan verə bilər” - deyə baş tədqiqatçı Zachary Mainen bildirib. Daha da təəccüblü olan müxtəlif heyvanlarda nəticələrin eyniliyidir. Müxtəlif siçanlarda oxşar mimika nümunələri eyni strategiyalara işarə edirdi. Bu isə o deməkdir ki, müəyyən düşüncə nümunələrinin mimika səviyyəsində əks olunması emosiyalar kimi stereotipik ola bilər. Müəlliflərin sözlərinə görə, bu araşdırma beynin funksiyalarını invaziv alətlər olmadan öyrənmək imkanını açır. Lakin metodun əlçatanlığı məsələnin etik tərəfini unutmamağı tələb edir.
    Paylaş