
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Elm & Texnologiya
14.05.2024
Emil
Hydrostor şirkəti sıxılmış hava əsasında enerjinin saxlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu ilin sonunda sözügedən şirkət Avstraliyanın Yeni Cənubi Uels ştatında sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiyanın inşasını planlaşdırır. Məlumata əsasən şirkət bunun üçün bərpa olunan enerji mənbələri vasitəsilə çalışa biləcək böyük hava kompressorundan istifadəni nəzərdə tutub. Plana əsasən elektrostansiyanın sistemi ətraf mühitdən havanı udacaq.
Udulan hava sıxılaraq borular vasitəsilə 300 metrdən çox dərinlikdə yerləşən mağaraya ötürüləcək. Sıxılma prosesi zamanı hava istilik enerjisi ayıracaq və sistem həmin istilik enerjisini təkrar istifadə üçün yığacaq. Bunun nəticəsində yaranacaq nəmişlik isə mədən sayəsində sistemin yerüstü saxlanma anbarına su qismində yığılacaq. Elektrik enerjisinin generasiyası üçün sistem yığılmış suyu mağaraya ötürəcək.

Mağaraya ötürüləcək su öz növbəsində ordakı havanı xarici istiqamətə itələyəcək. Xarici istiqamətə itələnəcək hava daha öncəki proses çərçivəsində əldə edilmiş istilik enerjisi ilə qarışaraq çox sıx və isti havanın formalaşmasına şərait yaradacaq. Həmin isti hava isə elektrik enerjisinin istehsalı məqsədilə xüsusi turbinə ötürüləcək. Məlumata əsasən iki ədəd bu cür elektrostansiya ümumi gücü 0.9 giqavat təşkil edəcək elektrik enerjisinin istehsalını mümkün edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
