
Smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər
Elm & Texnologiya
22.12.2023
Emil
Heydelberq, Köln və Padua Universitetlərində yerləşən Psixososial Tibb Mərkəzinin mütəxəssisləri bildiriblər ki, smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər. Mütəxəssislər tərəfindən aparılmış tədqiqatda müxtləlif yaş kateqoriyalarına daxil olan 39 nəfər iştirak edib. Tədqiqatda iştirak etmiş şəxslərin heç birində nevroloji və ya psixoloji problemlər olmayıb. Mütəxəssislər tədqiqat çərçivəsində iştirakçıları iki qrupa ayırıblar. Birinci qrupa mobil cihazlardan aşırı dərəcədə asılı olan şəxslər, ikinci qrupa isə mobil cihazlardan orta səviyyəli asılılığa sahib olan şəxslər daxil olublar.
Hər iki qrupa daxil olan şəxslər reaksiya, yaddaş və diqqət mövzularını əhatə edən müxtəlif tapşırıqları yerinə yetirməli idilər. Bununla belə proses çərçivəsində iştirakçıların beyin aktivlikləri maqnit-rezonans tomoqrafiya vasitəsilə müşahidə edilib. Aparılmış təcrübənin nəticələrinə əsasən mobil cihazlardan aşırı dərəcədə asılı olan iştirakçıların beyinlərindəki alın payı hissəsinin aktivliyi olduqca aşağı olub. Beynin bu hissəsi məhz diqqət və impulsların idarəsindən cavabdehdir. Mütəxəssislər bildiriblər ki, təcrübədə az sayda insanın iştirakı səbəbilə hansısa yekun fikirlərin söylənməsi düzgün deyil. Bununla yanaşı təcrübədə iştirak etmiş şəxslərin çoxu cavan yaş kateqoriyasına daxil olan şəxslərdir. Buna görə də təcrübənin nəticələrini hamıya aid etmək olmaz.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
