
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Elm & Texnologiya
20.06.2024
Emil
Aparılmış yeni tədqiqata əsasən smartfon ekranı tərəfindən şüalanan göy işıq gecələr istifadəçinin yuxusuna zərər yetirmir. Lakin bununla belə yuxudan öncə aktiv şəkildə internetdən istifadə etmək hələ də məsləhət görülmür. Belə ki, yuxudan öncə aktiv şəkildə internetdən istifadə öz növbəsində yuxusuzluğa səbəb ola bilər. Məlumata əsasən yuxusuzluğa həmçinin smartfon ekranının yüksək parlaqlığı da gətirib çıxara bilər. Çoxsaylı iddialara əsasən müxtəlif cihazların ekranları istifadəçini süni işığın təsirinə məruz qoyurlar. Bu isə öz növbəsində yuxudan cavabdeh olan hormonun aktiv ifrazının qarşısını alır.
Buna görə də smartfon kimi cihazların sahiblərində müəyyən anda yuxusuzluq problemi yaşana bilər. Lakin aparılmış yeni tədqiqat sübut edir ki, yuxudan bir saat öncə ekran işığının yuxuya getmə prosesini çətinləşdirdiyinə dair heç bir sübut yoxdur. Lakin yatmazdan öncə smartfondan aşırı dərəcədə istifadə yuxu prosesinə təsir göstərə bilər və bu mövzuda əsas faktor qismində ekranın parlaqlığı çıxış edir. Aparılmış tədqiqat çərçivəsində məlum olub ki, yuxu ekran parlaqlığının intensivliyindən asılıdır. Buna görə də gecə vaxtı yatmazdan öncə smartfon istifadəsi halında onun ekran parlaqlığının aşağı salınması məsləhət görülür.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
