
Sony Playstation VR2-nin satış tarixini və qiymətini açıqlayıb
Elm & Texnologiya
03.11.2022
Emil
Sony şirkəti rəsmi şəkildə özünün Playstation VR2 cihazının satış tarixi ilə satış qiymətini elan edib. Beləliklə alıcılar Playstaton VR2-ni 22 fevral 2023-cü il tarixində əldə edə biləcəklər. Bununla yanaşı alıcılar öz istəklərinə uyğun olaraq “Horizon Call of the Mountain” adlı oyunun daxil olduğu Playstation VR2 komplektini ala bilərlər. Sözügedən oyun eksklüziv olaraq Playstation VR2 üçün hazırlanıb. Beləliklə Sony elan edib ki, yeni nəsil VR cihaz 549.99$-a satılacaq. VR cihazın bu qiymətə satılacaq komplektinə VR cihazın özü, onun PS VR2 Sense adlı idarəetmə təchizatları və stereo səsgücləndiricilərə sahib qulaqlıq daxil olacaq.
Bundan əlavə olaraq Playstation VR2-nin 599.99$-a satılacaq komplekti də olacaq. Həmin komplektə sadalanmışlardan əlavə olaraq “Horizon Call of the Mountain” oyunu daxil olacaq. Qeyd etmək lazımdır ki, VR cihazın idarəetmə təchizatları üçün ayrıca olaraq 49.99$ qiymətinə şarj stansiyasını almaq mümkündür. Həmin şarj stansiyası sayəsində idarəetmə təchizatlarının şarj olunmaları üçün Playstation 5-dən istifadə etmək lazım gəlməyəcək. Playstation VR2-nin ön sifarişlərinə 15 noyabr tarixində start veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
