main-post-cover

    Sony şirkəti bahalı olmayan Xperia L4 smartfonunu təqdim edib

    Elm & Texnologiya
    20.02.2020
    Farid Pardashunas
        MWC 2020 sərgisinin ləğv olunmasına baxmayaraq Sony şirkəti özünün bahalı olmayan yeni smartfon modeli Xperia L4-ü təqdim edib. Təqdim edilmiş yeni smartfon orta texniki özəlliklərə və aşağı qiymət göstəricisinə sahib smartfon kimi çıxış edir. Bu barədə GSMarena saytı xəbər verib. Beləliklə Xperia L4 modeli HD+ keyfiyyətli 6.2 düym ekrana sahibdir. Ekran üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə smartfon MedaTek Helio P22 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və sürətli şarj texnologiyalı 3580 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon barmaq izi skanı texnologyasına və kontaktsız ödənişlər üçün NFC modula da sahibdir. Xperia L4 Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun satışlarına bu ilin yaz fəslində start verilməlidir. Onun qiyməti barəsində Sony hələ heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər