
Sony Xperia 3 flaqman smartfonu Geekbench testlərindən keçdi
Elm & Texnologiya
10.12.2019
Hələ sentyabr ayının sonunda məlum olmuşdu ki, Sony şirkəti yeni flaqman smartfon üzərində çalışır. İndi isə həmin smartfon Geekbench testlərindən keçib. Bu barədə Sumahoinfo saytı xəbər verib. Sony-nin yeni smartfonu PM-1310 model nömrəsini əldə edib. Bir sıra mənbələrin verdikləri məlumata əsasən söhbət, Sony Xperia 3 modelindən gedir. Beləliklə Geekbench məlumatlarına əsasən Sony Xperia 3 smartfonu Snapdragon 865 prosessoru, 12 GB RAM ilə təchiz olunacaq və Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq.
Smartfon Geekbench-in birnüvəli testində 4261 xal, çoxnüvəli testində isə 13.422 xal toplayıb. Son məlumat sızıntılarına əsasən gələn il Sony şirkəti 4 ədəd flaqman smartfon modeli təqidm edəəck. Xperia 3 isə onlardan biri olacaq. Çox güman ki, sözügedən smartfon fevral ayının sonunda keçiriləcək MWC 2020 sərgisində təqdim olunacaq. Daha öncədən isə məlumat verilmişdi ki, Xperia 3 modeli 6 arxa kamera ilə təchiz olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...