Logo
    main-post-cover

    SpaceX 10-cu sınaq uçuşu zamanı Starship-in kameralarından çəkilmiş fotoları sərgiləyib

         SpaceX sosial şəbəkə X-də Starship kosmik gəmisinin və Super Heavy sürətləndiricisinin bort kameraları tərəfindən 10-cu sınaq uçuşu zamanı çəkilmiş fotolarını paylaşıb. Bu, 2025-ci ildə planlaşdırılan 4 testdən birincisi olub və uğurla başa çatıb. 4 şəkil həm kosmik gəminin bir hissəsini, həm də Yeri göstərir. Daha əvvəl SpaceX həmin 10-cu sınaq uçuşu çərçivəsində Starship-in suya enmə anının fotolarını da nümayiş etdirmişdi. Qeyd edək ki, Starship-in 10-cu sınaq uçuşu 1 həftə əvvəl baş tutmuşdu. Bu test çərçivəsində SpaceX ilk dəfə yük bölməsindən Starlink peyk sisteminə aid simulyatorları orbitə çıxara bildi. Şirkət həmçinin Raptor mühərrikinin təkrar işə salınmasını da uğurla həyata keçirdi. Ehtimallara görə, Starship-in 11-ci sınaq uçuşu artıq cari ayın sonunda baş tuta bilər.
    Paylaş