Logo
    main-post-cover

    SpaceX Starship-in 5-ci test uçuşunu anons edib

    Elm & Texnologiya
    09.10.2024
    Emil
         SpaceX şirkəti Starship kosmik gəmisinin 5-ci test uçuşunu elan edib. Şirkətin sözlərinə əsasən Starship-in 5-ci test uçuşu 13 oktyabr tarixinə planlaşdırılır. Şirkət bildirib ki, növbəti test uçuşunda istifadə ediləcək Starship protoipinin bütün sistemləri hazır vəziyyətdədir. Lakin bununla belə şirklət bildirib ki, planlaşdırılan 5-ci test uçuşu 13 oktyabr tarixində baş tutmaya bilər. Əsas məsələ Federal Mülki Aviasiya İdarəsinin (FAA) test uçuşuna hələ icazə verməməsidir. Əslində Starship ilə Super Heavy adlı sürətləndirici raket test uçuşu üçün hələ avqust ayının əvəvlində hazır idilər. Lakin SpaceX şirkəti ilə FAA arasında konflikt yaşandı.
         Belə ki, FAA şirkəti reallaşdırılan kosmik uçuşlara və ekologiyaya ciddi yanaşmamaqda günahlandırırdı. SpaceX isə öz növbəsində FAA-nı və onun nümayəndələrini ABŞ kosmik proqramını geridə qoymaqda günahlandırırdı. Vəziyyət hətta o yerə çatmışdı ki, Elon Musk ictimai şəkildə FAA-nın rəhbəri Mike Whitaker-i istefa verməyə çağırmışdı. FAA-nın 13 oktyabr tarixinə kimi lazımi icazənin verəcəyi halda belə 5-ci test uçuşu baş tutmaya bilər. Belə ki, Starship-in sistemində ani olaraq hansısa problem yarana və ya hava şəraiti mülayim olmaya bilər. Hər halda Starship-in 5-ci test uçuşu kosmik gəminin və sürətləndirici raketin təkrar istifadəsi proqramının növbəti böyük addımı olmalıdır.
    Paylaş