main-post-cover

    SpaceX Starship-in üçüncü orbital uçuş cəhdini uğurla reallaşdıra bildi (VİDEO)

    Elm & Texnologiya
    14.03.2024
    Farid Pardashunas
         SpaceX şirkəti özünün Starship kosmik gəmisinin üçüncü orbital uçuş cəhdini reallaşdırıb. Qeyd etmək lazımdır ki, bundan öncəki iki orbital uçuş cəhdi keçən il baş tutmuşdu. Birinci orbital uçuş cəhdi aprel ayında keçirilmişdi və uğursuz olmuşdu. İkinci orbital uçuş cəhdi isə noyabr ayında keçirildi və nisbətən uğurlu hesab edildi. Lakin bu dəfə SpaceX Starship-i uğurlu şəkildə Yer kürəsinin orbitinə göndərə bilib. Beləliklə kosmik gəminin üçüncü orbital uçuş cəhdi uğurla keçirilib. Məlumata əsasən Starship-i özündə birləşdirmiş Super Heavy adlı sürətləndirici raketin 33 ədəd Raptor mühərrikinin hamısı bu dəfə problemsiz çalışıb. Starship öz növbəsində startdan 2 dəqiqə 45 saniyə sonra Super Heavy raketinin ikinci pilləsindən ayrılaraq Yer kürəsi ətrafı uçuşa istiqamət aldı. Gözləntilərə əsasən kosmik gəmi planetimizin orbitinin yarı hissəsini qətt edərək Hind okeanına düşəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Starship üçüncü orbital uçuş cəhdi üçün hazırdır
    starship-ucuncu-orbital-ucus-cehdi-ucun-hazirdir
    Starship-in üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər
    starship-in-ucuncu-orbital-ucus-cehdi-14-mart-tarixinde-bas-tuta-biler
    SpaceX ümumilikdə 300-cü uçuş missiyasını reallaşdırıb
    spacex-umumilikde-300-cu-ucus-missiyasini-reallasdirib
    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
    spacex-bu-il-rekord-sayda-kosmik-ucus-missiyasi-reallasdirib
    SpaceX Starship-in növbəti uçuşuna hazırlaşır
    spacex-starship-in-novbeti-ucusuna-hazirlasir