
Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında baş tuta bilər
Elm & Texnologiya
04.11.2023
SpaceX şirkəti bildirib ki, Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında reallaşdırıla bilər. Qeyd etmək lazımdır ki, şirkət ikinci uçuş cəhdini reallaşdırmaq üçün ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən lazımi icazəni əldə edib. Görünür, şirkət ekoloqlar tərəfindən icazənin verilməsini gözləyir. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-in ilk orbital uçuşunu aprel ayında reallaşdırmağa cəhd göstərmişdi. Həmin missiya çərçivəsində Starship 40 km hündürlükdə idarəsi mümkün olmayan manevrlər reallaşdırmağa başladı. Nəticədə şirkət mütəxəssisləri məcburiyyət qarşısında qalaraq Starship-i səmada partlatmalı oldular. Elon Musk daha öncə qeyd etmişdi ki, ilk orbital uçuşun ikinci cəhdinin uğurlu olma şansı daha yüksəkdir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar