
Starship-in ilk orbital uçuşunun ikinci cəhdi bir sutkalıq təxirə salınıb
Elm & Texnologiya
17.11.2023
Emil
Elon Musk-ın X-də (keçmiş Twitter) vermiş olduğu məlumata əsasən Starship-in ilk orbital uçuşunun ikinci cəhdi 18 oktyabr tarixinin səhər saatlarına kimi təxirə salınıb. Şirkət əslində uçuş missiyasını bugün reallaşdırmağı planlaşdırırdı. Lakin şirkət mühəndisləri Super Heavy raketinin komponentlərindən birində xəta aşkar etdikləri üçün uçuş missiyasını bir sutkalıq təxirə salmaq qərarı verilib. SpaceX daha öncə uçuş missiyası üçün 17 noyabr tarixini seçmiş olsa da 18 və 19 noyabr tarixlərini ehtiyat tarixlər kimi nəzərində saxlamışdı.
Qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuşunun birinci cəhdi aprel ayında reallaşdırılmışdı və nəticədə uğursuz olmuşdu. Belə ki, Starship 40 km hündürlükdıə idarəsi mümkün olmayan manevrlər etməyə başlamışdı. Bu səbəblə şirkət mühəndisləri Starship-i havada partlatmalı olmuşdular. Qeyd etmək lazımdır ki, sabah baş tutacaq ikinci cəhd çərçivəsində Super Heavy raketinin hər hansısa platforma üzərinə enişi planlaşdırılmır. O, Meksika körfəzində suya düşəcək. Eynisi Starship kosmik gəmisi üçün də planlaşdırılır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
