
Starship növbəti test uçuşu zamanı səmada partlayıb (VİDEO)
Elm & Texnologiya
17.01.2025
Emil
Dünən SpaceX şirkəti Starship-in növbəti test uçuşunu reallaşdırdı. Daha öncəki test uçuşları ilə müqayisədə bu dəfə hər şey yolunda getmədi. Belə ki, Starship-in birinci pilləsinin raketdən ayrılmasından sonra onun Ship adlı üst hissəsi Atlantik okeanı üzərində qalxış zamanı partlayışa məruz qalıb. Partlayış hadisəsi Starship-in start götürməsindən təqribi olaraq 8.5 dəqiqə sonra baş verib. Bu zaman aralığında raketin qətt etmiş olduğu hündürlük 145 km, sürəti isə saatda 21 300 km təşkil edib.
Partlayışdan sonra kosmik gəminin parlayan qalıqları yerə düşüb. Görüntü olaraq bu, asteroidin kiçik parçalarının düşməsinə bənzəyib. SpaceX rəsmiləri bildiriblər ki, kosmik gəminin Atlantik okeanı üzərində qalxış anı zamanı mühərriklərin deaktiv olduğu təyin edilib və daha sonra Starship ilə əlaqə kəsilib. Şirkət baş vermiş hadisəni diqqətli şəkildə analiz edəcək. Raketin yuxarı hissəsinin partlamasına baxmayaraq bu test uçuşunu nisbətən uğurlu hesab etmək olar. Belə ki, raketin Super Heavy adlı birinci pilləsini uğurlu şəkildə geri qaytarmaq mümkün olub.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
